“Onun siyasi partiyaları Qarabağa səfərə görə aşağılaması əxlaqsızlıqdır”

08:48 30-03-2021 | icon 656 | Siyasət
“Onun siyasi partiyaları Qarabağa səfərə görə aşağılaması əxlaqsızlıqdır”

Hafiz Hacıyev: “Arif Hacılı getsin azərbaycanlığı qəbul etsin, sonra danışar”

 

“Arif Hacılının Qarabağa səfər edən siyasi partiyaları aşağılaması əxlaqsızlıqdır. Bundan sonra o partiyaların adını hansısa tədbirlərlə bağlı çəkməyə ehtiyac yoxdur”.

 

Bunu Versus.Az-a 50 partiyanın hökumət nümayəndələri ilə birlikdə Ağdama səfər etməsini siyasi oyunun tərkib hissəsi sayan Müsavat Partiyasının sədri Arif Hacılının ittihamları ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

 

H.Hacıyev A.Hacılının “Azərbaycan iqtidarının yaratdığı 50 partiya və iqtidarın dialoqunda Müsavat iştirakçı deyil, belə formatda yaradılan siyasi prosesdən qıraqdayıq” fikirlərini də birmənalı qarşılamayıb:

 

“Arif Hacılı heç vaxt torpaqların işğaldan azad olunmasına sevinə bilməz. Ona görə ki, o, Cəmil Həsənli və Kərimov Əli kimiləri həmişə dövlətə xəyanət etmiş insanlardır. Niyə biz Qarabağ torpağına getməməliydik? Bu, yolverilməz fikirdir. Biz milli həmrəyliyi, milli birliyi qorumaq naminə daim birgə hərəkət etməliyik. Bizim partiyaların əksəriyyəti torpaqlarımız işğaldan azad olunan ərəfədə və ondan sonra da prezidentlə bir yerdə olacaqlar. Biz Qarabağ torpaqlarının azad olunmasında Prezidentin yanında bir olduq, həmfikir olduq, bundan sonra da o mövqeyimizi davam etdirəcəyik. Arif Hacılı getsin Azərbaycanlığı qəbul etsin sonra danışar. Məhəmməd Əmin Rəsulzadə bilsəydi ki, belə bir adam onun yaratdığı partiyanın başında dayanacaq, ürəyi partlayardı”.

 

H.Hacıyev bildirib ki, bu gün Rəsulzdə ideyalarının daşıyıcısı Müasir Müsavat Partiyasıdır. Onun sözlərinə görə, MMP-də toplaşanlar dövlətinə sadiqdir və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edib, şəhid olanlar da var.

 

Partiya sədri Müsavat başqanının Ağdama səfərdən imtina etməsinin səbəblərini xaricdən aldıqları göstərişlə əlaqələndirib:

 

“Pulları kəsilməsin deyə, onlar bütün siyasi partiyalardan kənarda dayanıblar, Qarabağa səfərdən imtina ediblər. Bundan sonra o partiyaların adını hansısa tədbirlərlə bağlı çəkməyə ehtiyac yoxdur. Azərbaycan xalqı gördü ki, bu partiyalar çətin məqamlarda belə şəxsi mənafelərini güddülər. Azərbaycanın ərazi bütövlüyü hər şeydən öndə dayanmalıdır və siyasi partiyalar bu prosesdə bir olmalıdır. Arif Hacılı kimiləri kimlərdənsə tapşırıq alıb parçalayıcı mövqedə dayanır. Amma bunun bir qorxusu yoxdr, çünki 50 siyasi partiya bir yerdə hərəkət edir. AXCP, Müsavat kimi partiya sədrləri istefa versələr daha doğru olar”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr