ALDP sədri AXCP-Müsavat cütlüyünü ifşa etdi
Fuad Əliyev: "Qarabağa səfərimiz sizə niyə belə toxunur?"
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə Novruz bayramından öncə siyasi partiya rəhbərlərinin Ağdamın işğaldan azad edilmiş torpaqlarına aparılması müxalifət düşərgəsində növbəti qalmaqala səbəb olub. Tarixi ərazilərimizə səfər edən partiya rəhbərləri “mənəvi terrora” məruz qalırlar.
Versus.Az xəbər verir ki, bu prosesdə AXCP və Müsavat daha fəal görünür.
ALDP sədrinin sözlərinə görə, bu partiyaların funksionerləri səviyyəsində Ağdama səfər edənlər ən sərt formada tənqidlərə məruz qalır, hətta bəzi hallarda təhqir də olunurlar. Artıq Müsavat və AXCP bu partiyalara ad da tapıb, “cib müxalifəti”, “avtobus müxalifəti” və s.
Məsələylə bağlı fikirlərini bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev həmin iki partiya yetkilisinin açıqlamalarına sərt reaksiya verib. F.Əliyev vurğulayıb ki, əslində ölkəmizdə əhalinin böyük əksəriyyəti bu partiyaların mövcudluğunu belə unudub:
"Müxalifət daxilində gərginliyi müxalifəti parçalayan bu iki təşkilat yaradıb. Danışmağa bir mövzu tapmırlar. İndi bizim hesabımıza gündəmdə qalmaq istəyirlər. İqtidar qalıb kənarda, bizim fəaliyyətimizi müzakirə edirlər, öz aləmlərində gözdən salırlar. Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur?"
F.Əliyev qeyd edib ki, ALDP olaraq hakimiyyətlə açıq şəkildə mübarizə aparır və açıq şəkildə dialoqda iştirak edirlər. Daha AXCP-Müsavat cütlüyü kimi, illər boyu gündüz hakimiyyəti tənqid edib, axşam isə onlarla gizlin görüşməyiblər:
"Sizlər illər boyu xalqı aldadıb, xalqa ümid verib hakimiyyətlə iş birliyinə getmisiniz, deputat olmusunuz, şəxsi maraqlarınızı təmin etmisiniz. Milli Şuranı yaradıb, özünüzə lider seçdiyiniz İbrahimbəyovun ”ayın əvvəli gəlirəm", “ayın sonu gəlirəm” dediyi yalan sözlər hamımızın yadındadır. Sizlər xalqın son ümidini bununla da qırdınız. Amma xalqımız hər şeyi görür. Xalq lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də".
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”