Cəmil Həsənli Hafiz Hacıyevə sui-qəsd təklifindən danışdı
DİN Cəmil Həsənlidən Hafiz Hacıyevin "başa salınması" üçün icazə istəyib?
Milli Şuranın sədri, professor Cəmil Həsənli "Azad söz" yutub kanalında verdiyi müsahibə ölkədə yeni gündəm yaradıb.
Versus.Az xəbər verir ki, 2013-cü ildə keçirilmiş prezident seçkilərində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Milli Şuranın sədri Cəmil Həsənli arasında insident baş vermişdi.
Cəmil Həsənli açıqlama verərək, bildirib ki, həmin insidentdən sonra Daxili İşlər Nazirliyinin əməkdaşı onunla görüşüb. Cəmil Həsənlidən Hafiz Hacıyevin "başa salınması" üçün icazə istənilib. Lakin o razılıq verməyib.
Cəmil Həsənlinin bu açıqlaması ciddi narahatlıq doğurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev iddiaları cəfəngiyyat adlandıraraq, əlavə şərhə lüzum olmadığını bildirib. /baxar.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”