Dövlət qeydiyyatına alınan 62 partiyadan 20-si
Dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 20-si 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Versus.Az xəbər verir ki, bununla bağlı MSK-nın saytında yerləşdirilən məlumatda bildirilir.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Bu prosesə 2015-ci ildən başlanılıb.
MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”