ALDP-dən 28 Aprellə bağlı TƏKLİF

11:02 02-04-2021 | icon 469 | Siyasət
ALDP-dən 28 Aprellə bağlı TƏKLİF

"28 Aprel - "İşğal günü" kimi qeyd olunsun"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın bir qrup gənc fəalı ilə onlayn görüş keçirib.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

ALDP-nin gələcək fəaliyyəti və 28 Aprelin Azərbaycan tarixində işğal günü kimi qeyd olunması məsələsi müzakirə olunub.

 

Toplantıda ALDP müraciət qəbul edib. Müraciətdə deyilir:

 

"Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Bəzi tarixçilər Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. Biz Azərbaycanın bu tarixini öyrənməliyik və müstəqillik uğrunda mübarizə aparanları unutmamalıyıq, onların fəaliyyəti, mübarizliyi xatırlanmalı və ictimaiyyətə açıqlanmalıdır.

ALDP təklif edir ki, 1920-ci il aprelin 28-i Qırmızı ordunun Azərbaycanı işğal etməsi İşğal günü kimi qeyd olunsun".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr