Cəmil Həsənlinin video-etirafından sonra Hafiz Hacıyev təhlükəsizlik orqanlarına müraciət etdi
“Ya doğrudan da belə bir plan olub, ya da Cəmil Həsənli yüksək rütbəli zabitə şər atır”
Xəbər verildiyi kimi, bu günlərdə Milli Şuranın sədri Cəmil Həsənli xaricdən yayımlanan “Azad Söz” internet televiziyasına müsahibəsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə bağlı qalmaqallı açıqlama verib. İctimaiətdə birmənalı qarşılanmayan, çoxlu sayda mübahisə və müzakirə doğuran məlum müsahibə partiya rəhbərliyinin narahatlığına səbəb olub. Belə bir video-müsahibənin ortaya çıxarılması nəyə hesablanır? Həfəfdə kimdir?
MMP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Hafiz Hacıyev bu kimi qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə məktubla müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Kamran müəllim!
Məlumunuz olsun ki, özünü “Milli Şura” adlandıran qurumun sədri, prezident seçkiləri zamanı mənim rəqibim olmuş Cəmil Həsənli xaricdən yayımlanan “Azad Söz” internet televiziyasının aparıcısı Tural Sadıqlı ilə 30 mart 2021-ci il tarixdə baş tutan müsahibəsi zamanı mənim 2018-ci ildə prezident seçkilərində namizəd olduğum zaman televiziya çıxışlarımı xatırladaraq haqqımda aşağıdakı fikirləri səsləndirmişdir:
“ ... mənimlə vaxtilə Universitetdə oxuyub, Daxili İşlər nazirliyində yüksək vəzifə tutan və yüksək rütbəli bir polis işçisi xahiş elədi ki, görüşək. Və çox maraqlıdır ki, hansısa bir gizli əməliyyat həyata keçirirsənsə, onu gizli telefondan etməlisin. O isə öz nömrəsindən mənim açıq istifadə etdiyim telefona zəng edib görüş istədi. Və görüş nədən ötrü idi bilirsən? Bizim Daxili işlər nazirliyində çox qeyrətli uşaqlar var, onlar sizin bu formada Hafiz Hacıyev tərəfindən təhqir olunmanıza dözə bilmirlər və mənə deyirlər ki, Cəmil müəllim razılıq versin, biz onun işini bitirək! İndi Siz təsəvvür edin, bəlkə də bitirəcəkdilər, ya bəlkə də buna yüngül xəsarətli bir qəsd-zad həyata keçirəcəkdilər və burada iştirak edənlər də ifadə verəcəkdilər ki, bəli bu işə bizi Cəmil müəllim təhrik edib.....”
Hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrində səslənən qanunazidd faktla bağlı istintaq araşdırması aparıla bilər. Nəzərə alsaq ki, söhbət Cəmil Həsənlinin sözlərinə inansaq, ən yaxşı halda yüngül xəsarətli qəsddən gedir, istintaq araşdırılması aparılması zərurəti aşkardır. Ya doğrudan belə bir plan olub, ya da Cəmil Həsənli konkret Daxili İşlər nazirliyinin yüksək vəzifə tutan, yüksək rütbəli zabitinə şər atır. İstənilən halda bu sualın cavabı istintaq araşdırması nəticəsində ortaya çıxmalıdır.
Xahiş edirəm, bu barədə istintaq araşdırılması üçün müvafiq strukturlara göstəriş verə və vəziyyəti nəzarətə götürəsiniz. Cəmil Həsənli bu fikirləri açıq efir vasitəsi ilə bütün ictimaiyyətə çatdırıb. Ona görə də araşdırmanın nəticəsi barədə mənə və ictimaiyyətə açıqlama vermənizi xahiş edirəm”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”