“Beynəlxalq aləm haqqı görmək istəmir"

22:14 02-04-2021 | icon 564 | Siyasət
“Beynəlxalq aləm haqqı görmək istəmir"

Ramiyə Məmmədova: “ABŞ Departamenti Azərbaycana qarşı haqsızlıq mövqeyində dayanır”

 

“ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hazırladığı bu hesabat qərəzlidir. ABŞ-da dövlət başçısı yeni seçilib və yeni siyasi kurs sərgilənir ki, burada erməni lobbiçiliyinin rolu görünür.

 

Bunu Versus.Az-a ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı hazırladığı qərəzli hesabatla bağlı açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloqun fikrincə, ABŞ Departamenti insan hüquqlarının müdafiəsində yox, 5-3 qəpiyə satılaraq Azərbaycana qarşı haqsızlıq mövqeyində dayanır:

 

“Sual olunur: 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etmək üçün mübarizəyə qalxan Azərbaycan ordusu nəyi yanlış edib? Hansı məhdudlaşma və qətllərdən söz gedir?  Qadağan olunmuş silahlardan istifadə edərək Gəncəyə, Bərdəyə raket zərbələri endirən Ermənistan niyə qınanmır? Ermənistan baş naziri özü də etiraf etdi ki, Azərbaycana "isgəndər" tipli raketlər atıblar. Görünən odur ki, beynəlxalq aləm haqqı görmək istəmir".

 

R.Məmmədova bildirib ki, Azərbaycan heç bir informasiyanı məhdudlaşdırmadan beynəlxalq hərbi qaydalara uyğun davrandı:

 

“Sosial şəbəkələrin bağlanması da müharibədə təhlükəsizliyin qorunması baxımından uyğun idi. Dezinformasiyaların qarşısını almaq üçün Azərbaycan məcbur idi ki, bu cür həmlələr etsin. Azərbaycan hər zaman belə haqsızlıqla, qərəzlə üzləşib. Azərbaycan öz gücü ilə bu təzyiqləri dəf edib, bundan sonra da dəf edəcək. Çünki Azərbaycan haqlıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr