Türkiyə Azərbaycana yeni səfir təyin edib
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral geri çağırılıb.
Bu barədə Türkiyə “Resmi Gazete”sində məlumat dərc edilib.
Bildirilib ki, 3 dönəm Ədalət və İnkişaf Partiyasından millət vəkili olan Cahit Bağçı Türkiyənin ölkəmizdəki yeni səfiri təyin edilib.
Qərara əsasən, Azərbaycanla yanaşı, İtaliya, İraq, Hindistan, İspaniya və Polşa da da daxil olmaqla, ümumilikdə 10 ölkədə fəaliyyət göstərən Türkiyənin fövqəladə və səlahiyyətli səfirləri geri çağırılıb.
Sənəddə həmin ölkələrdəki səfirlərin yerinə də təyinatların olduğu qeyd edilib.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”