“Etiraf edirlər ki, Azərbaycana “İsgəndər” raketləri atılıb və partlayıb”

13:30 06-04-2021 | icon 378 | Siyasət
“Etiraf edirlər ki, Azərbaycana “İsgəndər” raketləri atılıb və partlayıb”

Elxan Şahinoğlu: “Bakıya atılan raketin qalıqları tədqiq olunmalıdır”

 

Xəbər verildiyi kimi, 2021-ci il martın 15-də ərazilərin təmizlənməsi üzrə aparılan əməliyyat zamanı iki partlamış raketin qalıqları tapılıb. ANAMA-nın apardığı araşdırmalar zamanı qalıqların 9M723 raketinə aid olduğu müəyyənləşib. Həmin raket isə “İsgəndər” operativ-taktiki raket kompleksinə aiddir. Faktlar Vətən müharibəsi zamanı Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın “İsgəndər” raketləri tətbiq etdiyini göstərir və bu gün gündəmi zəbt edən bu məsələ araşdırılır.

 

Qeyd edək ki, “İsgəndər” raketlərinin tətbiq edildiyini, amma “10 faiz partladığını, yaxud partlamadığını” Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamışdı. Ondan əvvəl isə keçmiş baş qərargah rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər” raketlərinin tətbiq edildiyini bildirmişdi.

"İsgəndər M" raketinin davamlı olaraq işğalçıya silah-sursat verən Rusiyanın adı ilə birbaşa bağlı olduğu barədə tutarlı faktlar var. "İsgəndər M" raketinin Azərbaycana atılması və cinayətkar Ermənistanın öz havadarları ilə birlikdə cəzalandırılması üçün faktların toplanması prosesi nə vəd edir?

 

Versus.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib ki, "Ermənistanın müharibə getdiyi günlərdə Azərbaycan ərazisinə “İsgəndər” raketi atmasına şübhə etməyib.

 

Politoloq bununla yanaşı 9 noyabrda Bakıya atılan raketin mənşəyinin tədqiq olunmasını mühüm hesab edib:

 

"9 noyabrda tərəflər bəyanat imzalamağa hazırlaşarkən Bakıya raket atmağı kim və ya kimlər əmr edib? Emənistan müharibə zamanı arsenalındakı bütün silahlarından istifadə etməyə çalışıb. Ermənistanla Rusiya arasındakı mübahisə isə bizim üçün mənasızdır. Nikol Paşinyan dedi ki, Azərbaycana atdıqları “İsgəndər” raketlərin çoxu partlamayıb, rus generalları isə əksini bildirdilər. Əsas odur ki, hər ikisi etiraf edir ki, Azərbaycan ərazisinə “İsgəndər” raketləri atılıb və partlayıb".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr