“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

16:40 06-04-2021 | icon 903 | Siyasət
“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

Gülər Əhmədova: “İlqar Məmmmədov isə vaxt var idi Milli Məclisə “zoopark” deyirdi və...”

 

Gələcəyin təminatçısı olan uşaqların sağlam, bilikli və dövlətin əsl kapitalı olaraq yetişdirilməsi zərurəti hər bir dövrün, zamanın aktual tələbi kimi meydana çıxır. Gələcək bu gündən başlayırsa, bu gün gələcəyimizə doğru strateji addımlar sırasında hansı imkanlar yaradılır. Uşaqlar üçün maddi-mənəvi baxımından hansı sosial proqramlar işlənib hazırlanıb. Bu barədə müəyyən siyahı olsa da, valideyn himayəsində olan körpələrə sosial müavinətlərin - uşaqpullarının verilməməsi bu prosesin ləngidiyini və uşaqların diqqətdən kənarda qaldığını ifadə edən əsas faktor kimi önə çəkilir.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Gülər Əhmədova maraqlı nüanslara toxunub.

 

- Gülər xanım, son günlər uşaqpulunun verilməsi ilə bağlı müxtəlif rakuslu çıxışlar gündəmi zəbt etməklə yanaşı, ictimaiyyətdə birmənalı qarşılanmır. Uşaqpulunun verilməsi ilə bağlı sizin mövqeyiniz nədir?

 

- Bu barədə fikrim birmənalıdır. Mən hələ Milli Məclisdə olan dövrlərdən demişəm ki, əgər dövlət gələcəyi güclü vətəndaş yetişdirmək istəyirsə, ilk növbədə onun valideyninə hörmət, kömək eləməlidir. Birmənalı şəkildə şərat yaratmaq lazımdır ki, fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün 3 yaşına kimi uşaqların anaları işləməsin, uşaqlarının yanında olsunlar.

Məsələn, Çexiyada 12 yaşına kimi dövlət ailələrə uşaqpulu verir. 12 yaşına kimi analara verilən pul sonrakı proseslərdə dövlətin xeyrinə işləyir. Əlillik - əqli və fiziki qüsurlarla bağlı  faktları ciddi şəkildə aşağı düşür və bununla da dövlətin büdcəsi qorunur. Əgər dövlət uşaqların körpəlikdən qorunması üçün o pulu verməsəydi, sonradan yaranan fəsadlarla əlil uşaqlara ömrünün sonuna qədər müavinət olardı. Amma 12 yaşına qədər pulu valideynə verir ki, ananın uşaqların əqli, fiziki inkişafı ilə bağlı məşğul olmasına şəraiti olsun. Bununla də gələcək büddəcəsini mühafizə edir, eyni zamanda dövlət sağlam vətəndaş yetişdirir.

 

- Cəmiyyədə gedən sosial müzakirələrə baxanda görünür ki, vətəndaşlar uşaqpulunun verilməsini istəyir. Deputatlar, iqtisadçılar da bunun zəruriliyini ortaya çəkirlər. Eyni zamanda, bəzi siyasətçi və məmurların buna qarşı çıxdığı da müşahidə olunur. İctimaiyyət arasında yaradılan bu ziddiyyət, qarşudurma nəyə yönəlir?

 

- Çox təəssüflə demək istəyirəm ki, Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var. Hesab edirlər ki, onların dediyi söz ən ağıllı, ən mütərəqqi sözdür. Amma dəfələrlə cənab Prezident də öz sərəncamları ilə sübut edib ki, o məmurların verdiyi qərarlar nə müasir dövrün tələblərinə uyğundur, nə də inkişaf edən Azərbaycanın tələblərinə. O baxımdan mənə elə gəlir ki, artıq onlar eqolarından birdəfəlik geri çəkməlidirlər və doğurdan da məsələyə sağlam yanaşmalıdırlar. Cənab Prezidentin sözləri ilə desəm, məmurlar xalqın quludurlar. Əgər quludurlarsa, bu xalqa qulaq asmalıdırlar. Onlar özlərini ağa kimi aparmağa öyrəşiblər. Bu da uzun illərdir davam edir. Mən təəsüf edirəm ki, hələ də məmurlar Azərbaycanda baş verən məxməri inqilabın  nəticələrini hiss eliyə bilmirlər. Onlar müasir Azərbaycanda baş verən iqtisadi, siyasi, mənəvi prosesləri  düzgün qiymətləndirə bilmir. Ona görə də cənab Prezidentin çıxışlarına diqqətlə qulaq asmaq lazımdır. Və onun məmur ordusunun, ümumiyyətlə demokratiyanın qarşısında qoyduğu vəzifələri başa düşmək lazımdır. Bunun hamısı ondan irəli gəlir ki, onlar Prezidentin çıxışlarına diqqətlə qulaq asıb, onun ciddiliyinə varmırlar. Ona görə də bu cür problemlər yaranır. Əminəm ki, cənab Prezident bu məsələ ilə məşğul olacağı təqdirdə məsələ müsbət həllini tapacaq. Amma çox yaxşı olardı ki, heç olmasa bu yükü məmurlar öz üstlərinə götürəydilər və problemi birdəfəlik həll edəydilər. Çünkü belə hallarla cəmiyyətdə daxili narazılıq yaradırlar.

 

- Gülər xanım ReAal Partiyasının sədri İlqar Məmmədov özünəməxsus şəkildə çıxış edərək, uşaq pulu məsələsini qaldıran şəxsləri, deputatları “debil” adlandırıb və onların büdcədən xəbərsiz olduğunu önə çəkib. Bir sözlə, uşaqpulunun verilməsinin mümkünsüzlüyünü deyib. Bu barədə nə deyərdiniz?

 

- İlqar Məmmmədov vaxt var idi Milli Məclisə “zoopark” deyirdi və qarşı tərəfi “qoyun” adlandırırdı. Mənə belə gəlir ki, siyasətdə belə belə təhqiramiz ritorikalardan çəkinmək lazımdır. Ümumiyyətlə, kimsə hər hansı belə fikir bildirsə də, ona təmkin nümayiş etdirmək lazımdır. Bu, siyasətçi üçün ən böyük xüsusiyyətlərdən biridir.

 

- Uzunmüddətli siyasi təcrübəsi olan siyasətçi xanım olaraq necə hesab edirsiz, ölkəmiz beynəlxalq iqtisadi layihələrə ev sahibliyi etdiyi bir zamanda doğrudanmı iqtisadi potensialımız uşaqpulunu vermək üçün yetməz?

 

- İqtisadi potensialımızın buna imkan verib-verməməsi məsələsində bu gün birmənalı şəkildə kimlərinsə fikir bildirməsini doğru hesab eləmirəm. Əlbəttə ki, bu fikri söyləyəcək insanlar birbaşa büdcə ilə məşğul olanlar, büdcənin paylaşdırılmasında səsi olan insanlar ola bilər. Bunlar birinci sırada millət vəkilləridir, Nazirlər Kabinetidir və sözsüz ki, cənab Prezidentdir. Hesab edirəm ki, mənfur qonşusu olan Azərbaycan geopolitik vəziyyəti daimi təhlükəsizliyinin qorunması baxımından müharibə vəziyyətinə uyğun olaraq hazırlanmalıdır.

Ona görə də bizə sağlam düşüncəli, sağlam fiziki gücə sahib uşaqlar vacibdir. Ümumiyyətlə, hər bir işin strategiyası olmalıdır. Əgər strategiyaya əsasən gələcək nəsilləri 30 il  bundan sonra güclü görmək istəyiriksə, bu gün həmin məsələ ilə məşğul olmalıyıq. Amma bu gün yalnız meyxana deyən, yalnız xırda ticarətlə şəşğul olan bir xalq haqqında düşünürüksə, uşaqpulu verməyə bilərik. Bu gün sözün bütün mənalarında təhsilə və kiçik yaşlı uşaqların valideynlərinə yönəlik sosial proqramlar olmalıdır. Bu cür sosial proqramların nümunəsini  birmənalı şəkildə Fillandiya, İsveçin, Çexiyanın proqramlarını götürə bilərik. Çünkü bu dövlətlər bizə həm əhali sayına görə, həm müəyyən məsələlərdə tən gələ bilirlər.

Biz çox sürətlə sovet dövründə qazandığımız elmi nailiyyətləri, təhsil səviyyəsini itiririk. Bu gün adi orta məktəb dərsliklərində çox ciddi səhvlərə rast gəlirik. Gələcəyimizin uğurlu qurulması ilə bağlı problemə yanaşma təkcə uşaqpulu ilə bağlı deyi, ümumiyyətlə uşaqlarla bağlı olan bütün sahələr bir daha nəzərdən keçirilməlidir. Mütəxəssislər bu sahədə ciddi işləməlidir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr