"REAL"-çının "uşaqpulu açıqlamasına" sərt reaksiyalar
 

11:42 06-04-2021 | icon 253 | Siyasət
"REAL"-çının "uşaqpulu açıqlamasına" sərt reaksiyalar 

 

 REAL sədri İlqar Məmmədovun “uşaqpulu” ilə bağlı qalmaqallı açıqlaması müxalifət düşərgəsində yeni narazılığa səbəb olub. Partiya sədrinin bu mövzuda danışan siyasi liderləri “yaramaz”, “debil” adlandırması sərt etirazlarla qarşılanıb.

 

İ.Məmmədov isə geri çəkilmək fikrində deyil. O, bir-birinin ardınca bu mövzuda statuslar yazır, canlı yayımlara çıxır, aşağı-yuxarı təhqirlərini davam etdirir.

 

Versus.az yerli mediaya əsasən siyasi partiyaların verdiyi reaksiyasını təqdim edir. 

 

Tərtər işi” yenidən araşdırıla bilər – cəmiyyəti sarsıdan olay – Reportyor

Tural Abbaslı: “Bu partiya və onun rəhbərliyini cavab veriləcək qədər ciddi, məsuliyyətli hesab etmirəm”

AĞ Partiya başqanı Tural Abbaslı “ məsələyə qısa şərh verdi: “Bu partiya və həmin partiyanın rəhbərliyini onlara cavab veriləcək qədər ciddi, məsuliyyətli hesab etmədiyim üçün reaksiya vermək istəmirəm”.

AMİP sədri Arzuxan Əlizadə: “Uşaq pulunun verilməsi ilə bağlı müzakirələr bir neçə ildir ki, ictimaiyyətin diqqət mərkəzindədir. Milli İstiqlal Partiyası olaraq biz bu məsələnin həlli istiqamətində hökumətə təkliflər paketi təqdim etmişik. Hazırda bununla bağlı demək olar ki, bütün platformalarda müzakirələr gedir. Hesab edirəm ki, hökumət, nəhayət, ictimai rəyi nəzərə almalı, ən azından maliyyə qurumları vasitəsilə məsələ ilə bağlı ictimaiyyətə doğru-düzgün statistik məlumatlar verməlidir.

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

Arzuxan Əlizadə: “Hər kəs opponentlərinə yönəlik ifadələr seçərkən diqqətli olmalıdır”

Bundan sonra dəqiq hesablamalar aparmaq mümkündür. Yoxsa kimin ağlına hansı rəqəm gəlirsə, onu ictimai müzakirəyə çıxarmağı da məsuliyyətsizlik kimi qiymətləndirirəm. Müzakirələrin fonunda siyasi spekulyasiya vasitəsi kimi opponentləri aşağılayacaq ifadələr işlədən siyasiləri isə məsuliyyətli olmağa dəvət edirəm. Ölkədə mövcud olan bu qədər problemin içərisində əlavə intriqalar yaratmaq yersizdir və heç kimə, xüsusən də siyasi təşkilat rəhbərlərinə baş ucalığı gətirmir. Bu səbəbdən də hər kəs opponentlərinə yönəlik ifadələr seçərkən diqqətli olmalıdır”.

 

 

Hafiz Hacıyev: 32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm –  Müsahibə – Dialoq.info

Hafiz Hacıyev: “Dövlətdən aldığı 234 mini uşaq bağçalarına versin, əgər xalqı belə düşünəndirsə” 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev daha sərt mövqe sərgilədi: “O, satqın adamdır. Kimdir ki, bizi ”yaramaz" adlandırır? Gedib dövlətin 234 min pulunu aldı. Aldığı pulu uşaq bağçalarına versin, əgər xalqı belə düşünəndirsə. Cəhənnəm olub gündəmdən düşəcək. Avropaya satılmış birisidir. Türmədən çıxandan sonra jurnalistləri belə evinə buraxmadı. Xalqımıza həqarət edir, görün özünü nə qədər unudub. Onun kiməsə lağ etməyə nə haqqı çatır? Özü başdan-ayağa lağ obyektidir"./Yeni MÜsavat/

 

Versus.az

 

REAL sədri İlqar Məmmədovun “uşaqpulu” ilə bağlı qalmaqallı açıqlaması müxalifət düşərgəsində yeni narazılığa səbəb olub. Partiya sədrinin bu mövzuda danışan siyasi liderləri “yaramaz”, “debil” adlandırması sərt etirazlarla qarşılanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr