"Anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib"
Elxan Şahinoğlu: "Cavab gəlməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək"
"Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında ən vacib fikrin “İsgəndər” raketləriylə bağlı olduğunu düşünürəm".
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ADA Universitetindəki çıxışınışərh edən politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu vurğulayıb ki, prezident Rusiya ilə münasibətlərdə gərginliyin yarandığını etiraf etdi:
"Birincisi, prezident dedi ki, Rusiya prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. İkincisi, prezident dedi ki, onun tapşırığıyla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb.
Bu o deməkdir ki, Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib. İlham Əliyev bu açıqlamadan bir gün əvvəl də Hərbi Qənimətlər Parkının açılışında Rusiyanı nəzərdə tutaraq bunları demişdi: “Şuşanı “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?”
İlham Əliyev dünən və bu gün “İsgəndər” raketləriylə bağlı cümlələrini belə bitirmişdi: “Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq”. Fikrimcə, İlham Əliyevin iki gün ərzində ard-arda verdiyi bu açıqlamaları Kreml hansısa şəkildə cavablandırmağa çalışacaq. Çünki, Kremldə anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib. İlham Əliyev həm də ona işarə edib ki, cavab gəlməsə bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək. Hansısa bəyanat formasında cavab verəcəkləri istisna deyil, ancaq cavabın bizi qane edib-etməyəcəyi də sual altındadır".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”