“Rusiyanın regiona təsirlərini azaltmaq mümkün ola bilər”
Natiq Cəfərli: "Erməni tərəfi bu planda çox çıxılmaz duruma düşüb"
ABŞ-ın Azərbaycana 100 milyon hərbi yardım ayırması gündəmdədir. Erməni lobbisi uduzan Ermənistanın bu yardımdan kənarda qalmasını həzm edə bilmir və ciddi şəkildə hərəkətə keçib. ABŞ Konqresində yer alan ermənilər Pentaqona etiraz edərək, məhz Azərbaycanın müharibəyə başladığını iddia edirək, yardımla bağlı qərarın ləğvini tələb edir. ABŞ-ın Azərbaycana hərbi yardım ayırmaq istəyi nə ilə bağlıdır və bu, Ermənistanla münasibətlərdə nəyi ifadə edir?
Versus.Az xəbər verir ki, politoloq Natiq Cəfərli şərhində bidirib ki, Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müxtəlif formalarda zaman-zaman müəyyən dinamikaya malik olub.
Onun fikrincə, Türkiyənin də NATO-ya üzv olması Azərbaycanın da NATO proqramlarında iştirakına münbit təsir göstəriri:
“Azərbaycan müxtəlif sülhməramlı missiyalarda iştirak edir. Əfqanıstanda, Balkanlarda Azərbaycanın kiçik də olsa öz hərbi kontingenti fəaliyyət göstərir. Bu da bizim əsgər və zabitlərimizin NATO standartlarına uyğun təlim almasında mühüm rol oynayır”.
Politoloq bildirib ki, burda söhbət Azərbaycana olan hərbi yardımın maliyyə şəklində ayrılmasından getmir. Onun sözlərinə görə bu maliyyə birgə fəliyyət proqramlarına - Azərbaycanın ordusunda yeni təlimlərin keçirilməsinə, müasir silahlardan istifadə ilə bağlı addımların atılmasına, birgə təhlükəsizlik tədbirlərinin görülməsinə xərclənə biləcək bir vəsaitdir, NATO-Azərbaycan tərəfdaşlıq müqaviləsi çərçivəsində görüləcək işlərdir.
Politoloq bu məsələdə Ermənistan tərəfinin qıcıq olmasını təbii sayıb. Onun fikrincə, erməni tərəfi bu planda çox çıxılmaz duruma düşüb:
“Çünki Rusiya Ermənistan ən böyük tərəfdaşı sayılır. Ermənistanda Rusiyanın hərbi bazaları var. Kollektiv Təhlükəsizlik Şurasnın üzvüdür, amma bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunun qətiyyəti nəticəsində torpaqların böyük bir qismi işğaldan azad olundu. Eləcə də müharibədən də özncə qurulmuş müttəfiq və ittifaqlar nəticəsində Azərbaycanın hərbi qələbə qazanması Ermənistan tərəfdə böyük bir təlatümə səbəb olub. Zatən bu günə qədər, sentyabrdan başlayaraq və daha sonra əldə olunan üçtərəfli razılaşmadan sonra Ermənistanda sular durulmur. Ermənstandakı proseslərin may-iyun aylarında keçiriləcək seçki dönəmində daha da kəskinləşəcəyi bildirilir. Buna görə də Ermənistan tərəfinin bu cür aqressivəşməsi gözlənilən idi. Ermənistan Rusiya ilə müttəfiqdir, amma müharibəni uduzdu. Qərblə müttəfiq olmağa çalışırlar, amma ABŞ Azərbaycanı daha uğurlu strateji müttəfiq kimi qəbul edir. Qərb Azərbaycanın geosiyasi mövqeyini, iqtisadi üstünlüklərini nəzərə alaraq Azərbaycanla əməkdaşlıq qurmağa çalışır. Bununla yanaşı, Rusiya ilə Azərbaycan arasında işgüzar müstəvidə əməkdaşlıqlar davam edir. ABŞ-ın dövlət maraqları, dövlət vizyonu erməni lobbisindən qat-qat güclüdür və alınacaq qərarlara erməni lobbisinin təsir etmək imkanları kifayət qədər məhdud olacaq”.
Politoloq 30 il əvvəl ABŞ-ın Azərbaycana qarşı qəbul etiyi 907-ci düzəlişə və ABŞ Konqresinin Ermənistana olan müsbət münasibətinə diqqət yetirməklə yanaşı, bu gün ABŞ-ın Azərbaycana maliyyə yardımı ayırmasını, Rusiyanın Ermənistana dəstəyinə adekvat olması ilə bağlı məqama da toxunub.
N.Cəfərli hesab edir ki, 907-ci düzəliş kökündən ləğv edilməlidir. Onun fikirncə, bu müzakirə predmeti deyil və zatən qəbul olunandan sonra onun tətbiqi ertələnir:
“Amma demokl qılıncı kimi qalır və Amerika-Azərbaycan münasibətlərinin daha kökündən inkişafına təsir edir. Bu çox ciddi bir məsələdir və Azərbaycan diplomatiyası Amerika diplomatiyası ilə daha ciddi danışıqlar aparmalıdır”.
N.Cəfərli bildirib ki, ABŞ-ın Azərbaycanla bağlı verdiyi bu qərar onunla bağlıdır ki, Azərbaycanın öz haqq işində qətiyyətli olması adekvat qarşılandı:
“Bu gün Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılmasında Azərbaycanın böyük rol oynaya biləcəyi Avropanın, Qərbin beyin mərkəzlərində müzakirə olunan məsələlərdən biridir. Bunun da ən yaxşı yolu Qərbin Azərbaycanla yaxşı münasibətlər quramasıdır ki, bununla Rusiyanın Ermənistana, ümumiyyətlə regiona təsirlərini azaltmaq mümkün ola bilər. Hərbi cəhətdən qələbə qazandı.
Torpaqların böyük bir hissəsi azad edildi. Amma gələcəkdə regionda Rusiya sülhməramlılarının qalması ilə əlaqədar müəyyən problemlər yaşana bilər. Qərb Rusiyanın regionda əsas moderator olmasından xoşlanmır və biz bundan istifadə etməyi bacarmalıyıq. Bu çox incə bir oyundur və düşünürəm ki, Azərbaycan diplomatiyası bunun öhtəsindən gələ bilər. /"həftə içi"/
T.Qafarlı
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”