BƏYANAT: Sülhməramlıların ərazilərimizdə parad keçirməsi Azərbaycan qanunlarına və beynəlxalq qaydalara ziddir
ALDP: "Onların Qarabağdan vaxtından əvvəl çıxarılması məsələsi müzakirə olunmalıdır"
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rusiyanın sülhməramlı qüvvələrinin Xankəndidə parad keçirmək istəklərinə qarşı Bəyanatla etiraz bildirib.
Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətindən bildirilib.
ALDP-nin Bəyanatında deyilir:
"Azərbaycan müzəffər ordusunun 44 gün apardığı Vətən müharibəsində qələbə çaldı. 8 Noyabr bizim erməni faşistlərin üzərində qazandığımız Qələbə günümüzdir. Biz faşızm üzərində olan 9 may Qələbə gününü də qeyd edirik.
ALDP olaraq hesab edirik ki, bu iki Qələbə bayramı günləri xalqımız üçün müqəddəsdir.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixində üç dövlət başçılarının imzaladığı Bəyanatda Rusiya sülhməramlılarının Laçın dəhlizi və Qarabağın dağlıq hissəsinə yerləşdirilməsi razılığa gəliblər.
ALDP olaraq hesab edir ki, Rusiya öz imzasına sadiq qalmadı. İlk günlərdən Rusiya sülhməramlıları öz missiyasını aşan hərəkətlərə yol veriblər. Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarının Qarabağın dağlıq hissəsində yerləşdirilməsi, heç də birmənalı qarşılanmayıb.
ALDP hesab edir ki, Rusiya sülhməramlılarının 9 May paradı keçirməsi sülhməramlı mandata uyğun deyil və ziddir. Onların müvəqqəti yerləşdiyi ərazi - Azərbaycan ərazisidir. Bu ərazidə başqa dövlətin əsgərlərinin parad keçirməsi Azərbaycan qanunlarına və beynəlxalq qaydalara ziddir.
Azərbaycan “İsgəndər-M” raket qalıqlarının Şuşa şəhərində tapılması ilə bağlı verilən sorğuya hələ də cavab almayıb.
ALDP hesab edir ki, Şuşada Rusiyaya məxsus “İsgəndər-M” raketin qalıqlarının tapılması və Rusiya sülhməramlılarının mandatına uyğun olmayan hərəkətləri nəzərə alınaraq onların Azərbaycandan vaxtından əvvəl çıxarılması məsələsi müzakirə olunmalıdır".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”