"Azərbaycan tərəfi buna etirazını bildirməlidir"
Asim Mollazadə: “Sülhməramlı başqasının ölkəsində öz missiyasından kənara çıxmamalıdır”
"Azərbaycan ictimaiyyəti sülhməramlıların öz missiyasından kənar olan addımlarına etiraz edir. Sülhməramlıların özbaşına Azərbaycan ərazisində parad keçirmək istəyi üçtərəfli sazişin müddüəlarına ziddir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları paradı öz ərazilərində keçirə bilərlər. Xoşlarına gəlirsə bunu Ermənistanda edə bilərlər:
"Azərbaycan ərazisində isə Azərbaycan silahlı qüvvələri zəruri olan məqamlarla bağlı paradlarını keçirə bilər. Bu mənada sülhməramlılar başqasının ölkəsində öz missiyalarından kənara çıxmamalıdırlar. Ona görə də düşünürəm ki, bu mənfi xarakter daşıyan, ziddiyyət təşkil edən, bölgədə sülhün yaranmasına maniə törədən məqamlardandır. Azərbaycan tərəfi buna etirazını bildirməlidir”.
Deputat özbaşına hərəkət edən sülhməramlılarının fəaliyyət müddəti başa çatmadan imtina edilməsi ilə bağlı ortaya çıxan məqamlarla bağlı qətiyyətli davranmağı tövsiyə edib:
“Proses diqqətlə izlənilməli və sülhməramlıların mandatdan xaric bütün fəaliyyətinə qiymət verilməlidir. Hansısa kəskin qərarlar deyil, məhz çərçivəni saxlayaraq, bu missiyanı sülhə xidmət etməyə məcbur etməliyik. Qarabağda keçirilən bu cür şoular yolverilməzdir və buna qarşı çıxış etməliyik”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”