“Rusiya da, Ermənistan da bu mesajları anlamamış deyil”

12:00 22-04-2021 | icon 1075 | Siyasət
“Rusiya da, Ermənistan da bu mesajları anlamamış deyil”

Könül İsmayılova: “Artıq Rusiya anlayır ki, onun sülhməramlılarını Qarabağda görmək istəmirik”

 

Rusiyanın sülhməramlı qüvvələri Qarabağda özbaşınalıqlarını davam etdirməkdədir. 10 noyabr razılaşmasından sonra Azərbaycanın düz mərkəzində yerləşən Rusiya sülhməramlıları gözlənilənlərin tam əksi olaraq erməniləri kütləvi şəkildə Qarabağa köçürür, ermənilərə status verib onları idarə etmək üçün xüsusi baza formalaşdırır. Yəni bu məramsızlar erməni silahlılarını nəinki regiondan çıxartdılar, əksinə, onların rəhbəri olan cinayətkar Araik Harutunyanla separatçıların müxtəlif tədbirlərində iştirak edərək faşizmi dəstəkləyən çıxışlar etdilər.

 

Bu günlərdə isə Rusiyanın Xankəndidə 9 May paradı keçirmək istəyi gündəmə gəldi və ictimaiyyətdə böyük narahatlıq yaratdı. Azərbaycanın dövlət müstəqilliyinə və Qarabağda qazandığı uğura kölgə salan Rusiya bu özbaşınalığını Qarabağda separatçı ermənilərlə birgə keçirmək istədiyi 9 may qələbə paradı ilə də nümayiş etdirir.

 

Siyasi partiyalar bu paradın qarşısının alınması üçün çağırışlar etdi, bəyanatlar yaydı. Müasir Müsavat Partiyası (MMP) tərəfindən də etiraz çağırışları səsləndirildi və partiya daxilində məsələ ilə bağlı təkliflər müzakirə edildi.

 

“Sülhməramlıların 5 ili 3 ilə, bəlkə də daha tez tamamlana bilər”

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən MMP sədr müavini Könül İsmayılova rus sülhməramlıların başqa dövlətin ərazisində erməni yaraqlıları ilə birgə 9 May paradı keçirmək fikrini Azərbaycana qarşı qərəz saydı.

 

Siyasətçi xanım qeyd edib ki, bu gedişlə Rusiyanın bu özbaşınalıqlara nə vaxt son qoyacağı sual altındadır. Azərbaycan isə Rusiya sülhməramlılarının məramsızlıqlarına səbrlə yanaşır:

 

“Hesab edirəm ki, səbr kasasının da daşmasını gözləmək olmaz. Düzdür, cənab Prezident hər dəfə çıxışlarında dünyaya elə mesajlar verir ki, əlavə şərhə ehtiyac qalmır. Rusiya da, Ermənistan da bu mesajları anlamamış deyil. Prezidentimizin “İsgəndər-M” məsələsinin üzərindən sakit keçməməsi və “biz cavab gözləyirik” sözlərinin qarşısında Rusiyanın susqunluq göstərməsi təsadüfi deyil. Fakt budur ki, “İsgəndər-M” raketləri Şuşa şəhərində tapılıb. Əgər Rusiya strateji tərəfdaş olaraq səmimi olmaq istəyirsə, cavab verəcək. Çünki ölkə başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, oz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcəyi şühəsizdir. Rusiya isə münasibətlər sisteminə yenidən baxmalı olacaq. Çünki artıq anlayır ki, Azərbaycan cəmiyyəti onun sülhməramlılarını Qarabağda görmək istəmir və 5 il 3 illə, bəlkə də daha tez tamamlana bilər. Yəni Rusiya bunu anlayıbsa, təbii olaraq ölkəmizə qarşı təzyiqlərini artırmaqdan çəkinməyəcək. Və həmişəki kimi, özünü sığortalamaq, sağlam çıxarmaq üçün peşkanı – Ermənistanı irəli verəcək”.

 

“Mina xəritələrini alıb bizə verməkdə maraqlı deyillər”

 

K.İsmayılova bildirib ki, prezident İlham Əliyevin Hacıqabul rayonunda televiziyaya verdiyi müsahibədə işğaldan azad olunmuş rayon və kəndlərimizin bərpası və inkişafı üçün planlı işlərin aparılmasından, ərazilərimizin minalardan təmizlənməsi üçün bütün potensialların səfərbər olunmasından, görülən və görüləcək işlərdən danışması da Rusiya, Ermənistan və digər ölkə rəhbərliyi və ictimaiyyətinin diqqətindən yayınmayıb:

 

“Ermənistan tərəfi bizə mina xəritələrini vermir və Rusiya sülhməramlıları da bu xəritəni alıb bizə verməkdə maraqlı görünmür. Halbuki onlarda belə xəritələr olmamış olmaz. Buna baxmayaraq, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik öz işinin öhdəsindən gəlir. Prezidentin işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasından danışması da o anlamı verir ki, biz maneələrə baxmayaraq torpaqlarımıza həyat gətirəcəyik. Yol infrastrukturunun inkişafı isə əlavə imkanlar yaradır. Bu yollar düşmənlərimizə göz dağı olacaq. Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək, Laçın rayon ərazisində üçüncü hava limanı inşa ediləcək ki, bu da Azərbaycanın uğuruna ləkə yaxmaq istəyənlərə bir cavabdır”.

 

“Ermənistana Zəngəzur dəhlizi kimi bir sillə...”

 

MMP sədr müavini qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyi qədər düşmənlərimizi bir o qədər əndişələndirir:

 

“Cənab Prezident çıxışında əminliklə bildirdi ki, Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi icra ediləcək. Prezidentin “istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” sözləri Ermənistana sillədən betərdir. Onun “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” sözləri bizim əminliyimizi daha da artırdı, ermənilərin isə bütün ümidlərini alt-üst elədi”.

 

Bakıda yaradılan Hərbi Qənimətlər Parkı ətrafında aparılan müzakirələrin bir çoxunun qərəzli olmasından da danışan K.İsmayılova bildirib ki, hələ də daxili düşmənlərimiz düşmən dəyirmanına su tökməkdədilər:

 

“Qənimətlər Parkı bizim qələbəmizin göstəricilərindəndir. Bu park adətən düşmənlərimizin əhvalını korlamalıdır. Amma nədənsə içimizdəki “sapı özümüzdən olan balta”lar fərqinə varmadan, yaxud bilərəkdən insanlarımız arasında neqativ fikirlər formalaşdırırlar. Hesab edirəm ki, zamanla bu cür neqativlər də keçib gedəcək”.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr