Qondarma "erməni soyqırımı" siyasəti üzərindən təziq cəhdləri
Naqif Həmzəyev: "Xocalı faciəsi ermənilərin qatil simalarını bir daha açıb ortaya qoyur"
"ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciətdə “soyqırım” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
Burada, həmçinin Osmanlı dövləti məhz həmin ermənilərin təhlükəsizliyini təmin etmək niyyətini də ortaya qoymuşdur. Bu baxımdan yalançı, qondarma erməni soyqırımının heç bir tarixi əsasları yoxdur. Əksinə biz 20-ci əsrin sonlarında törədilən Xocalı faciəsini misal göstərə bilərik ki, ermənilərin əsl iç üzlərini, qatil simalarını açıb ortaya qoymaqda, bu fakt bizə kömək edir.
Bu isə onu göstərir ki, ermənilər terrordan qaynaqlanan, terrordan qidalanan və terror təşkilatları əsasında qurulub yaradılan bir dövlətdir. Unutmamalıyıq ki, məhz bu dövlətdə Azərbaycanın əzəli tarixi torpaqlarında yaradılıb. Bu baxımdan düşünürəm ki, ermənipərəst qüvvələr və erməniləri dəstəkləyən beynəlxalq təşkilatlar bu fürsəti düzgün dəyərləndirmək, Türkiyəni, Azərbaycana qarşı təzyiq kimi cəhdlərini ortaya qoysalarda onlar heç nə əldə etməyəcəklər. Çünki həqiqət və reallıq, gerçəklik ortadaır".
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”