"Bunlardan canımızı qurtarsaq, Azərbaycan normal inkişaf edəcək"

13:55 26-04-2021 | icon 555 | Siyasət
"Bunlardan canımızı qurtarsaq, Azərbaycan normal inkişaf edəcək"

Hafiz Hacıyev: "Alimpaşa Məmmədovun həbsi ilə yanaşı, mülkü də əlindən alınmalıdır"

 

Ölkə mediasında Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi, icra başçısı Alimpaşa Məmmədovun, başçının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyevin və digər vəzifəli şəxslərin saxlanıldığı haqda məlumatlar yayılıb.

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bununla bağlı açıqlamasında bildirib ki, Alimpaşa Məmmədov hər zaman Ramiz Mehdiyevin adını çəkib və ona “dədə” deyə müraciət edib.

 

Partiya sədrinin sözlərinə görə, Alimpaşa Məmmədov hər zaman çıxışlarında Mehdiyevin adı ilə danışıb və insanları hədələyib:

 

"Bundan əlavə, Alimpaşa Məmmədov rayonda boş torpaq qoymayıb və hamısını satıb. Bunun nəticəsi belə olmalı idi. Alimpaşa Məmmədovun həbsi hələ gecikib. Bu, bir neçə il öncə baş verməli idi”.

 

Hafiz Hacıyev əlavə edib ki, Alimpaşa Məmmədovun həbsi ilə yanaşı, mülkü də əlindən alınmalıdır:

 

“Bu cür insanlar Azərbaycan dövlətinə baş qaxıncıdır. Bu insanlardan canımızı qurtara bilsək, Azərbaycan normal inkişaf edəcək”. /konkret.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr