"Cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib"
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verib.
Versus.Az xəbər verir ki, diplomat müsahibəsində bir çox məsələlərlə yanaşı, qondarma "erməni soyqırımı" və onun ABŞ tərəfindən tanınması məsələsinə də münasibət bildirib.
Hadisənin hüquqi nəticələri barədə sualı cavablandırarkən səfir qeyd edib ki, Soyqırımı Cinayətinin Qarşısının alınması və bu cinayətə görə cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib və onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir.
“Hüquqi nəticələrə gəldikdə, sözügedən hadisə 1915-ci ildə baş verib. Soyqırımı haqqında konvensiya isə 1951-ci ildə qəbul edilib və hüquqi baxımdan geriyə qüvvəyə malik deyil”, - deyə səfir bəyan edib.
Həmçinin L.Treysi Türkiyənin NATO daxilində ABŞ-ın əhəmiyyətli müttəfiqi olduğunu da vurğulayıb.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"