Uşaq evləri ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

14:18 27-04-2021 | icon 410 | Təhsil
Uşaq evləri ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair qaydalar təsdiq edilib.

 

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların  dövlət və bələdiyyə tərəfindən yaradılan qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsi qaydaları müəyyən edilib, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

 

Eyni zamanda, qərarda uşaqların qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, qrup evlərində yaşayan uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. Qrup evlərində 0-18 yaş arası uşaqlara qayğı göstərilir. Uşaqlar qrup evlərinə 6 yaşınadək qəbul edilirlər.

 

Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

 

Baş nazirin digər qərarı ilə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu və müəssisələri tərk etməsi qaydaları müəyyən edilib, müəssisələrdə uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

 

Qərarda uşaqların müəssisələrə qəbulu və müəssisələri tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, müəssisəyə qəbul edilmiş uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib.

 

Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ