Partiya sədri Ukraynadakı səfirimizi xəyanətkar adlandırıb
Hafiz Hacıyev: "Elmira Axundovanı təcili Bakıya çağırıb izahat almaq lazımdır"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı sərt tənqid edib.
Versus.Az xəbər verir ki, Hafiz Hacıyev açıqlamasında Elmira Axundovanın Prezident İlham Əliyevin iradəsinə və qərarlarına qarşı çıxdığını bildirib.
Partiya sədrinin sözlərinə görə, Elmira Axundova Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib:
"Bir səfirin bu cür addım atması Prezidentə, Vətənə, dövlətə xəyanətdir. Burada məqsəd Prezidentin Sərəncamına qarşı çıxmaqdır. Necə yani, Nizami Gəncəvinin abidəsi əvəzinə başqa yazıçının abidəsi olmalıdır? Axı sən kimsən ki, Prezidentin Sərəncamına qarşı çıxırsan? Özünü dövlət başçısından ağıllı hesab edirsən? Prezident məsləhət bilsəydi, bu ili “Nizami Gəncəvi İli” deyil, “Mirzə Fətəli Axundov İli” elan edərdi. Nizami Gəncəvi orta əsrlər şərqinin ən böyük şairlərindən biridir. Onun abidəsinin Ukraynada qoyulması həm də Azərbaycanın qədim tarixini nümayiş etdirir. Cənab Prezident də bu ili “Nizami Gəncəvi İli” elan etməklə Azərbaycanın qədim tarixinə sahib çıxıb. İndi belə bir əhəmiyyətli qərarı dünyada təbliğ etmək əvəzinə ona qarşı çıxmaq xəyanətdir. Bunu edən kim olur olsun, cəzalandırılmalıdır".
Hafiz Hacıyev Elmira Axundovanı xəyanətkar adlandırıb:
"Elmira Axundova cənab Prezidenti saymır. O, AMEA prezidenti Ramiz Mehdiyevin tapşırıqlarını icra edir. Hətta, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işləyəndə Elmira Axundova ona 2 milyon pul verib səfir gedib. Ümumiyyətlə, Elmira Axundova kimi adamın Ukraynada səfir olması Azərbaycan dövlətinin adına xələl gətirir. O adam bu vəzifəyə layiq deyil. Gedib Azərbaycana qarşı təxribatla məşğul olur, Ukrayna ilə Azərbaycan arasında vəziyyəti gərginləşdirmək istəyir. Azərbaycanın Xarici İşlər Nazirliyi təcili olaraq Elmira Axundovanı Bakıya çağırıb izahat almalıdır. Onadan tələb olunmalıdır ki, “Nizami Gəncəvi İli”ndə axı nə üçün Nizmainin adı ilə bağlı abidənin sökülməsini istəyirsən? Sənə bu tapşırığı kim verib? Bütün bunlar ciddi araşdırılsa, məlum olacaq ki, bu addımın arxasında da Ramiz Mehdiyev dayanır".
Xatırladaq ki, səfir Elmira Axundova Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.
Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan "Filosoflar parkı"nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”