"İndi qalır Qarabağımızı cənnətə çevirmək"
Nizami Verdiyev: "Qarabağda yenidənqurma və bərpa işləri görmək üçün dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunub"
“30 il il işğalda saxlanılan, dağıdılan şəhər və qəsəbələrinin, tarixi dini, milli, mədəni abidələrimiz tezliklə bərpa ediləcək, Qarabağda həyat əvvəlki kimi mövcud olacaq.”
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
Onun sözlərinə görə, Qarabağ bölgəsi dünyanın diqqət mərkəzində olacaq. Qarabağ tezliklə cənnətə çevriləcək:
“Tarixdən də bəllidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar. 30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr də müasir dövrün barbarlarıdır. Onlar yaxşı bilirdilər ki, Azərbaycan işğal olunan əzəli torpaqlarına sahib çıxacaq. Baş Komandanımızın qətiyyəti və mübarizliyi nəticəsində Qarabağ işğaldan azad edildi. İndi qalır Qarabağımızı cənnətə çevirmək".
Nizami Verdiyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi:
"Bu proqram 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başladı və düşmən üzərində 44 günlük qələbədən sonra “Böyük Qayıdış” davam etdirilir. Azad edilən torpaqlarımızda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun, dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunmaqla həyata keçirilir".
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”