Tələbələr banklarda iş imkanları haqda məlumat aldılar

12:30 29-04-2021 | icon 370 | Təhsil
Tələbələr banklarda iş imkanları haqda məlumat aldılar

27 aprel tarixində Tələbə Gənclər Təşkilatları İttifaqı və “Yelo Bank”ın əməkdaşlığı ilə “Yeloya xoş gəldin” adlı gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən tədbir keçirilib.

 

Tədbirin əsas məqsədi bank işi ilə maraqlanan gənclərə bankçılıq üzrə mentorluq edib, gənclərə iş təcrübəsinə tələb olmadan müxtəlif sahələrdə iş imkanları təklif etməkdən ibarət idi. 

 

Tədbir “Yelo Bank”ın İnsan resursları şöbəsinin rəhbəri Nigar İbadzadənin açılış nitqi ilə başlayıb.

 

Daha sonra bank əməkdaşlarının təşkilatçılığı ilə isinmə oyunları, bank haqqında məlumatlandırma sessiyası və iş imkanları barəsində müzakirə baş tutub.

 

“Yelo Bank” əməkdaşları və iştirakçılar arasında baş tutan bu müzakirələr tələbələri ən çox maraqlandıran və əvvəlcədən ünvanladıqları suallar əsasında qurulub. Bu zaman bank əməkdaşları tələbələri öz üzərilərində işləməyə səslədilər və bildirdilər ki, bank sektorunda çalışmaq üçün heç də maliyyə, iqtisadiyyat kimi ixtisaslar üzrə təhsil almaq zəruri deyil.

 

İstək və öyrənməyə həvəsli olmağın uğura gedən yoldakı önəmi vurğulanıb. Tədbirin sonuna doğru isə İşə qəbul şöbəsinin rəhbəri Kəmalə Eynullayeva bankın tələbələr üçün nəzərdə tutduğu gələcək “Yelo Walk Mentorluq” layihəsi və “Yelo Challenge 2021” təcrübə proqramı haqqında məlumat verib. 

 

Tədbirin sonunda öz suallarını “Yelo Bank”ın əməkdaşlarına ünvanlamış və təsadüfi yolla seçilən tələbələr müxtəlif maraqlı hədiyyələr qazanıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”