Məzahir Pənahovla “tamam” deyil, “davam” QƏRARI
Fuad Əliyev: "MSK-da da gəncləşmə olmalı idi"
Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb. Tərkibdə əsas diqqətləri daha çox hakim Yeni Azərbaycan Partiyasının parlamentə göndərdiyi adlar çəkib.
Göründüyü kimi, siyahıda birinci şəxs MSK-ya 20 ildir rəhbərlik edən 70 yaşlı Məzahir Pənahovdur. Aydındır ki, MSK sədrini də hakim çoxluq müəyyən etdiyindən Məzahir Pənahovla “tamam” deyil, “davam” qərarı verilib.
MSK üzvləri kimi YAP mənsublarının çoxluğunu, eləcə də bitərəf deputatların daha çox iqtidarpərəst olduqları üçün təqdim etdikləri şəxslərin də olacağı ehtimallarının yüksəkliyini nəzərə alaraq, M.Pənahovun yenidən sədr seçilməsi gözlənilən idi. Digər tərəfdən, onun alternativsiz namizəd olacağı da açıq görünürdü.
M.Pənahova yenidən etimad göstərilməsi çoxlu müzakirələrə yol açdı.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib ki, Məzahir Pənahovun “sirri”ni hakimiyyətdaxili çəkişmələrdə axtarmaq lazımdır:
“Bundan qabaq da demişdim ki, başladılan kadr islahatları yarımçıq qalıb. Və gözlənildiyi kimi, Məzahir Pənahov bu dəfə də MSK sədri seçildi. Komissiya sədri kimi onun fəaliyyəti birmənalı deyil və fəaliyyəti ilə bağlı narazı olanların sayı çoxdur. Məzahir Pənahov alimdir, ziyalıdır və ona bu baxımdan hörmət edirəm. Amma bir neçə sahələrdə gəncləşmə getdiyinə görə MSK-da da yeniləşmə olmalıdır. Və bunun üçün savadlı və peşəkar kadrlar var. Hər halda, kimin seçilməsinə baxmayaraq, əsas iş seçki sisteminin təkmilləşdirilməsindən keçir. Seçki komissiyaları həqiqi mənada müstəqil olmalıdırlar. Seçki komissiyalarının formalaşmasında müəllim və həkimlər iştirak etməməlidirlər. Seçkilər isə ”Elektron səsvermə" ilə keçirilməlidir".
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”