Azay Quliyev agentliyə sədr seçildi
Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib.
Bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.
İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.
Prezident İlham Əliyevin aprelin 28-də imzaladığı sərəncamla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”