“İndiyə qədər oynanılan gizlənpaçları yığışdırmalıyıq” - MÜSAHİBƏ

08:59 01-05-2021 | icon 382 | Siyasət
“İndiyə qədər oynanılan gizlənpaçları yığışdırmalıyıq” - MÜSAHİBƏ

Ramil Hüseynov: “Müxalifəti monopoliyaya alanlar ona qısqanclıq hissi ilə yanaşırlar”

 

Ölkə gündəmində baş verən ictimai-siyasi dəyişikliklər fonunda siyasi partiyalarda müəyyən yenilənmələri ilə diqqət çəkir.   Yeni partiyalar yaranır və hökumətlə siyasi partiyaların əməkdaşlığı, iqtidar-müxalifət dialoqunun daha da inkişafına yol açır. 44 günlük müharibədən sonra ölkə ərazisinin yenidən qurulması istiqamətində atılan addımlar siyasi partiyaların müharibə dövründə olduğu kimi yenidən sıx birliyinin təminatını tələb edir. Bir çox siyasi partiyalarda məsələyə fərqli aspektlərdə yanaşılır. Siyasi partiyaların ölkədə və regionda baş verən yenilənmələrə reaksiyası hansı aspektlərdə özünü göstərə bilir? Siyasi arenada meydana gələn partiyalar hansı üstünlüyü ilə digər partiyalardan seçilir?

 

Versus.Az xəbər verir ki, Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov müsahibəsində bir sıra nüanslara diqqət çəkib.

 

- Ruslan bəy, bu yaxınlarda Yeni Yol Partiyasının təsis qurultayı keçirilib və siz sədr seçilmisiniz. Bu qədər partiya çoxluğunda daha bir siyasi təşkilatın təsis edilməsi hansı zərurətdən yaranıb və partiya olaraq məqsədiniz nədir?

 

- Əgər partiyaların fəaliyyəti cəmiyyətdə görünsəydi və biz onun normal nəticələrini görsəydik, güman edirəm ki, heç bir partiya yaratmağa ehtiyac qalmayacaqdı. Bununla bağlı sosial sifarişə də ehtiyac yox idi. Amma illər uzunu görürük ki, siyasi partiyalar arasında gedən bu münaqişə, ziddiyyətlər və digər məsələlər bütövlükdə cəmiyyətimizdə mənfi təsiretmə mexanizminə çevrilib. Biz bütün bu səhvləri görə-görə gəlmişik. Ona görə də vəziyyəti analiz edib siyasi partiya yaratmaq qərarına gəldim. Ümid edirəm ki, digər partiyalar tərəfindən yol verilən səhvləri biz təkrarlamayacağıq. Hər bir işdə nöqsan olur. Əgər bu gün onları düşünərək yeni siyasi partiya yaratmaq haqqında addım atıramsa, deməli qəbul etmədiyimiz səhvlərə yol verməyəcəyik.

Ölkədə siyasi münasibətlərin yeni fazaya qədəm qoyduğu hazırkı vaxtda fərqli düşüncə və enerji ilə meydana çıxan siyasi təşkilata rəhbərlik etmək böyük məsuliyyətdir. Biz var gücümüzlə partiyanın parlament partiyasına çevirilməsinə səy göstərəcəyik. Vətəndaşların YYP-ə olan marağı onların gözlədiyindən daha böyük olub. Qısa müddət ərzində YYP-yə üzvlük üçün muraciət edənlərin sayı cəmiyyətdə bu partiyaya olan etimadı göstərir. Hazırkı pandemiya şərtlərində ölkənin 30-dan çox regionunda təşkilatlanmağı həyata keçirmək və 2500-dən çox şəxsi sıralarında birləşdirmək hesab edirəm ki, YYP üçün böyük uğurdur. Biz YYP olaraq ölkənin siyasi həyatında mütəşəkkil şəkildə iştirak etməklə, qanunvericilik çərçivəsində aktiv fəaliyyətimizlə partiyamızı ilk olaraq parlament, daha sonra isə hakimiyyət partiyasına çevirməliyik. Buna cəmiyyətdə böyük sosial və siyasi sifariş var. Biz potensialımızı real dəyərləndiririk və buna görə də cəmiyyətin bütün kəsimləri ilə sıx surətdə işləyəcəyik. Bu gün qurultayda inamla bəyan etmək istəyirəm ki, Yeni Yol Partiyası seçkilərdə iqtidarı YAP-dan təhvil almağa hazırdır! Biz liberal bazar iqtisadiyyatının inkişafı üçün effektiv proqramların qəbulunun və icrasının, milli dəyərlərin ciddi şəkildə qorunmasının, korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasının və vətəndaşların rifah halının yüksəldilməsinin dövlətin ali məqsədi kimi daim diqqətdə saxlanılmasının vacib olduğunu bildiririk. Azərbaycan cəmiyyəti yalnız müasir sivil dünyaya inteqrasiya etməklə, intellektual inkişafa nail olmaqla, insan kapitalının gücləndirilməsinə çalışmaqla yeni dövrün çağırışlarına cavab verə bilər. Biz Yeni Yol Partiyası olaraq qanunvericiliyin məqbul saydığı fəaliyyət formaları çərçivəsində çalışaraq cəmiyyətin, xalqın etimadını qazanmağı başlıca vəzifəmiz hesab edirik. Siyasi munasibətlər sistemini yalnız dövlətimizin və xalqımızın maraqları çərçivəsində inkişaf etdirməli və Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməliyik.

 

- Partiyaların fəaliyyətinin nəticəsizliyini qeyd etdiniz. Amma bu qədər siyasi partiyaların nəticəsizliyinin içərisində yeni bir partiyanı yaratmaq özü də bir məsuliyyətdir. Bu kontekstdə əsas hansı səhvlərin, nöqsanların xüsusilə təkrarlanmamasnı düşünürsüz?

 

- Heç bir partiyanı tənqid eləmək fikrimiz yoxdur. Hər biri özlərinə görə siyasi partiya liderləridir və hər birinə hörmətim var. Amma biz nəhayət bunu qəbul etməliyik ki, indiyə qədər cəmiyyətdə bu cür gərginliyin yaranmasından narazıydıqsa və iqtidarın üstünə bu cür kütləvi şəkildə gedirdiksə, deməli biz nəticəsizliyin dənizində üzürük. Bu nəticəsizlik dənizini də yaradanlar kimlərdir, siyasi proseslərdə aktivlik göstərən insanlar. Düşünürəm ki, müxalifətin bütün liderlərinin potensialı var. Amma çox təəssüf olsun ki, o potensial düzgün istiqamətə yönəlmədi, ondan doğru istifadə edə bilmədilər. Strategiyanı doğru qura bilmədilər. O da müəyyən insanların hisslərlə çıxış etməsi ilə bağlı idi. Hisslərlə idarəetmə üsulu effekt vermir. Gərək hər bir işi ağılla idarə edəsən. Onların içərisində xidmətləri olan, ölkəyə millətə töhfəsini verən, zamanında siyasətə atılmış çox dəyərli insanlar da var. Amma söhbət nəticədən gedir və biz o nəticəni əldə edə bilmədik. Nəticəni əldə etmək üçün də gərək o nöqsanları aradan qaldıraq. 

Tutaq ki, biri bir təklif irəli sürürdü, o biri başlayırdı ki, mən bunu birinci demişəm. Sonra başlayırdılar onun üzərində bir polemika aparmağa. Əgər o təklif xalqın xeyri üçündürsə, əlbəttə ki, onu kimin irəli sürməsindən asılı olmayaraq, hamı onu müdafiə edib həyata keçirilməsinə çalışmalıdır.

 

- Bəs niyə o partiyalar siz dediyiniz o ideya ətrafında birləşə bilmədilər?

 

- Ümumiyyətlə, Azərbaycanda ideologiya ətrafında birləşmə ənənəsi yoxdur. Azərbaycanda şəxslər ətrafında birləşmə var,  bu da yanlış bir siyasətdir. Əslinə baxsan, əgər bir ideoloji xətt varsa və onun ətrafında millətimizi birləşdirə biliriksə, onda biz nəyisə əldə edə bilərik. İstər iqtidar, istərsə də müxalifətdə siyasi fərdlər arasında müəyyən intriqalar, düşmənçilik olub. Bu düşmənçilikdə isə itirən xalq olub.

 

- Vətəndaş və İnkişaf Partiyasından niyə ayrıldınız?

 

-O vaxt partiya yaratmaq fikrim yox idi. Siyasi baxışlarda fikir ayrılığı var idi. Onlardan ayrıldım, təxminən bir neçə ay sonra partiya yaratdıq. Siyasi partiyanın sənədlərini Ədliyyəyə təqdim etmişik. Siyasi islahatlar çərçivəsində ümid edirəm ki, qeydiyyata alınıb fəaliyyətimizi davam etdirərik.

 

- Köhnə siyasi partiyaların liderlərinin sizə münasibəti nədir, nələri müşahidə edirsiz?

 

-Mənim əvvəldən əksər partiya liderləri ilə münasibətlərim var. Hər bir partiya sədri ilə görüşmüşəm, bundan sonra da davam etdirəcəm. Yeni bir təşkilat yarananda müxalifəti manipoliyaya alanlar ona qısqanclıq hissi ilə yanaşırlar. Bu da doğru deyil. Müxalifət olmaq bunların alın yazısı deyil ki. Biz hakimiyyəti bütün sahələri monopoliyaya almaqda tənqid edirik, amma özümüz də müxalifətçiliyi monopoliyaya alırıq. Bu doğru yanaşma deyil. Hər halda mən bu mövqeni açıq şəkildə bildirərəm. Mən xalqımla açıq, səmimi olmaq istəyirəm. Biz indiyə qədər oynanılan gizlənpaçları yığışdırmalıyıq. Ölkədə bir sıra kadr və digər islahatlar baş verir. Biz bunu doğru hesab etsək də, etməsək də, hər halda bu proses başlayıb və buna təkan vermək üçün bizim də müəyyən atacaq addımlarımız var. Səhvlərin etirafı mədəniyyət nümunəsidir. Xalqla açıq olmaq, oturub səhvləri etiraf etmək zamanıdır. Mən xalqla açıq, səmimi olacam ki, xalqımız ağı qaradan seçə bilsin.

 

- Mövcud hökumətin siyasi təşkilatlarla əməkdaşlığı, siyasi partiyaların ofislə təminatı iqtidar-müxalifət dialoquna doğru hansı addımdır və bunun müstəqil siyasi fəaliyyətə hansı təsirləri ola bilər?

 

- Nəticəsizliyin səbəblərindən biri də bəzi partiyaların yanlış düşüncə tərzidir. Bir çoxları hansı partiyaya ofis verilirsə, onu sərt tənqid edir, hökumətə işləməkdə ittihamlayır. Biz iqtidar-müxalifət münasibətlərinin normal şəkildə tənzimlənməsində öz normal addımlarımızı atmalıyıq. Hesab etmirəm ki, iqtidarla hər hansı münasibətlərin qurulması zərərimizə olar. Düşmənçilik münasibətlərindən artıq vaz keçmək lazımdır. Qarabağda 44 günlük müharibədə qələbəmiz göstərdi ki, millətimizin ümumilikdə siyasi partiyaların, insanların birliyi nəticəsində biz o qələbəni qazanmışıq. Birlik olanda, düşüncə tərzi eyni olanda  bir çox məsələlərdə uğur əldə etmək olur. Ona görə də bu prosesdə iqtidarla dialoqa başqa don geyindirmək lazım deyl. Siyasi institutları inkişaf etdirmək, maliyyələşdirmək, dəstək vermək iqtidarın borcudur. Çünkü bu həm də millətimizə bir dəstəkdir, Azərbaycan siyasətinin uğur qazanmasına bir dəstəkdir, diplomatiyamıza dəstəkdir. İstərdim ki, iqtidarla müxalifət arasında dialoq olsun. Biz “satıldı, xəyanət etdi” sözlərini özümüzdən uzaq tutmalıyıq ki, bütövlükdə inkişaf edək. Biz iqtidarla milli məsələlərdə bir masada oturmağa hazırıq. Bu gün Qarabağ məsələsində hərbi qələbə qazansaq da, bu o demək deyil ki, tam qələbə qazanmışıq. Proses davam edir. Qarabağı tam azad etməyimiz bir neçə mərhələdən ibarət olacaq.  Biz bundan sonra daha çox həmrəy olmalıyıq.

 

- 44 günlük müharibədən sonra ərazilərin bərpası və informasiya təbliğatının aparılması istiqamətində siyasi partiyaların rolu nə dərəcədə müşahidə olunur, necə hesab edirsiz partiyalar həqqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında nə dərəcədə aktivdirlər?

 

- Əslində müəyyən addımlar atılır, amma onları tam dolğun hesab eləmirəm. Bundan da geniş spektrdə fəaliyyət göstərmək olar. Siyasi patiyalar bir 44 günlük müharibədə birləşib bir bəyanat verdilər, bir də bu yaxınlarda Baydenin “soyqırım” ifadəsinə qarşı bəyanat verdilər. Əslində Qarabağda sülhməramlılarla bağlı çox ciddi problemlər var. Amma bir məsələni qeyd eləməliyəm ki, mən vətəndaş olaraq, sülhməramlıların burda bir saat qalmasını belə istəmirəm. Sülhməramlıların öz missiyasını yerinə yetirməməsi ilə bağlı ölkə başçısı da öz sözünü deyib, sosial şəbəkələrdə də deyilir. Amma hansı addımlar atmışıq, ona diqqət yetirməliyik. Hesab edirəm ki, bu istiqamətdə addımlar atmamışıq. Amma bu istiqamətdə addımlar atmaq olar. Arzu edirəm ki, dövlət, millət, partiyalar olaraq, bu addımları ataq. /həftə içi/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr