"İsraildə səfirliyimizin açılmaması diplomatik qaydalara ziddir"
Fuad Əliyev: "Bu gecikmiş addımın indi atılmasının vaxtıdır"
"Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsini daim gündəmdə saxlayan və dəstəkləyən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri vurğulayıb ki, İsrailin Azərbaycana olan isti münasibəti, hərbi sahədə əməkdaşlığı və Vətən müharibəsində bizə dəstək veriblər:
"Ümumiyyətlə, İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanın İsraildə səfirliyinin açılmaması diplomatik qaydalara ziddir. Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Əvivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyi göz qabağındadır. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.
Fuad Əliyev İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışını alqışladığını qeyd edib. Onun sözlərinə görə, bu, orada səfirliyin açılmasına ilkin addım olar:
"Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. İsrail prezidenti bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyinin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”