4 may onun doğum tarixidir

15:39 04-05-2021 | icon 537 | Şəhidlər və şahidlər
4 may onun doğum tarixidir

4 may Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum tarixidir. Yaşasaydı, 32 yaşı tamam olacaqdı...

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmazda anadan olub. Atası Kərim Baxışov Çernobıl qəzasının xilasedicilərindən olmuşdu. Anası Məktubə isə evdar qadındır.


Arəstə iki qardaşın bir bacısı idi. Onlar 4 yaşı olanda ataları dünyasını dəyişib.

Arəstə orta məktəbi yaxşı oxuduğu üçün ali təhsil almaq arzusunda idi, Tibb Universitetinə qəbul olunub hərbi həkim olmaq istəyirdi, amma ailənin maddi durumu ilə bağlı bunu gerçəkləşdirə bilməmişdi. O, Biləcəri qəsəbəsindəki Şuşa şəhər 3 saylı məcburi köçkün məktəbində orta təhsilini başa vurub.



Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin İngilis dili fakültəsinə qəbul olunub. Kolleci bitirəndən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına statist kimi işə düzəlib. İşləyə-işləyə kursa gedərək tibb təhsili alıb. Kursu başa vurandan sonra isə onu Beyləqandakı “N” saylı hərbi hissəyə operator vəzifəsində işləməyə göndəriblər.

 

Buna qədər Arəstə ailə də qurmuşdu, artıq iki övladı vardı. Ailə həyatı uğurlu olmadığından həyat yoldaşından ayrılmış, övladlarını anasının yanına qoymuşdu.


Arəstə Baxışova Beyləqanda hərbi hissədə işləməyə gedəndə övladlarını – indi 10 yaşı olan Zəhra ilə 11 yaşlı Mərdanı anasına həvalə etmişdi.



2020-ci ildə Vətən müharibəsi başlayanda Arəstə anasına zəng edib könüllü olaraq cəbhəyə gedəcəyini bildirmişdi.



Arəstənin cəbhədəki vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq olub. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, bu gün ailəsinə qovuşub.


Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.

2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub.

Arəstə Baxışova Biləcəridəki Şəhidlər məzarlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin… 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ