Rüstəm Muradov Qarabağdan geri ÇAĞIRILIR
13 mayda Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradovun altı aylıq əmək müqaviləsinin vaxtı bitir.
Versus.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.
Qəzet onun yerinə yaxın zamanlarda digər rusiyalı hərbçinin təyin edilə biləcəyini qeyd edib.
“Joxovurd” xatırladıb ki, əvvəllər Muradovun sülhməramlılara rəhbər gətirilməsi planda olmayıb, Rusiyanın başqa namizədləri olub. Amma birdən Baş Qərargah sülhməramlılara rəhbər kimi Muradovu müdafiə naziri Sergey Şoyquya, o isə öz növbəsində Vladimir Putinə məsləhət görüb.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”