"O milyardlar ölkəmizin əleyhinə xərclənir"
Hafiz Hacıyev: "Bu sabiq məmurlar bu dəqiqə inqilab hissi ilə boğulurlar"
“Ramiz Mehdiyev işdən azad edilmiş məmurları başına yığıb ikinci bir hakimiyyət yaradır”.
Versus.Az xəbər verir ki, bunu adı korrupsiyada hallanan sabiq məmurların vəzifədən çıxarıldıqdan sonra barələrində heç bir tədbir görülməməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Partiya sədri hesab edir ki, işdən azad edilən milyarder məmurlar dövlət üçün təhlükədir:
“Məmurların uzun müddət hakimiyyətdə qalması qəbuledilməzdir. Bu kadrların əksəriyyəti zaman-zaman doğru işlər görsələr də, nöqsanları da çox olub. Milyardları yığır, işdən çıxarılandan sonra da hakimiyyət sevdasına düşürlər. Misal üçün Eldar Mahmudov evə buraxılmamalı idi. Ramiz Mehdiyevin əlində milyardı var, onu niyə sərbəst buraxırdılar? Ramiz Mehdiyev işdən azad edilmiş məmurları başına yığıb, ikinci bir hakimiyyət yaradır.
Bunu bilmək lazımdır, gizlətmək olmaz. Biz bunu dövlət, vətən naminə deyirik. Ziya Məmmədov niyə çöldə olmalıdır? O bu dəqiqə inqilab hissi ilə boğulur. Yaxud Eldar Mahmudov… Xaricdə Azərbaycan əleyhinə nə qədər işlər varsa, hamısını o gördürür. Alimpaşanın rayonundan deputat seçilən adam indi vəzifədədir, zamanında bunları niyə görmürdü?"
H.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev kadr islahatları aparır, ancaq ona maneçilik edən qüvvələr həddindən artıq çoxdur:
"Əldə olan milyardlar Azərbaycan dövlətinə xeyir gətirməyəcək. Gənc kadrlar da özlərini doğrultmurlar, bunu açıq demək lazımdır. Ağstafanın icra başçısı arvadına 300 minlik maşın alıb. Neftçalanın icra başçısı şəhid ailələrini, qaziləri qəbul etmir. Dövlət başçısı deyir, gedin, xalqın içində olun, onlar da gedib xalqın düşməni olurlar.
Yenə deyirəm, o məmurlar işdən azad ediləndən sonra azadlıqda qalmamalıdırlar. Onların əlində milyardları var. O milyardlar ölkənin əleyhinə xərclənir”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”