"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

18:26 11-05-2021 | icon 1024 | Siyasət
"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

Hafiz Hacıyev: "...Xankəndidən idarə etsək, Xocalı və digər rayonlarımızı işğaldan azad etmək üçün şans yaranacaq"

 

“Ölkə başçısının çıxışı onlar üçün çox ciddi bir mesaj idi. Düşünürəm ki, bu mesajlardan sonra biz hərəkətə keçməliyik. Ermənilər və onların havadarları çalışırlar ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəsinə kölgə salsınlar və qismən də buna nail olublar”.

 
 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
H.Hacıyev ölkə başçısının Naxçıvana səfəri zamanı etdiyi çıxışının ermənilər üçün ciddi bir mesaj olduğunu bildirib:
 
 
“Cənab Prezidentin Naxçıvana səfəri zamanı etdiyi çıxış tarixi bir çıxışdır. Ermənistanda həm müxalifət, həm də Paşinyan özü ağzına gələni danışır. Ölkə başçısının çıxışı onlar üçün çox ciddi bir mesaj idi. Düşünürəm ki, bu mesajlardan sonra biz hərəkətə keçməliyik. Ermənilər və onların havadarları çalışırlar ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəsinə kölgə salsınlar və qismən də buna nail olublar. Erməni separatçılarının axtarışda olan başçısının gəlib Kəlbəcərdə göstəriş verməsi, digər bölgələrdə daxili işimizə qarışması tamamilə qanunsuzdu. Ərazi bizimdir, onların ərazimizə girməyə ixtiyarı yoxdu, ona da cinayət işi açıb, axtarışa vermişik. İndi əgər sülhməramlı dediyimiz işğalçı bir ordu buna göz yumursa, onlar niyə torpaqlarımızda qalmalıdır? Təcili olaraq onlar ərazilərimizdən çıxmalıdır. Qarabağı tam olaraq işğaldan azad etməkdən ötrü anti-terror əməliyyatına başlamalıyıq və ərazi bütövlüyümüzü tam təmin etməliyik. “Ağıllı kənd” layihəsi ilə yanaşı, insanlarımıza da şərait yaratmaq lazımdır ki, gedib öz dədə-baba torpaqlarında evlərini tiksinlər”.
 
 
H.Hacıyev bildirib ki, təcili olaraq Xankəndinə mer təyin edilməlidir:
 
 
“Cənab Prezident gecikmədən, ətrafdakı satqınların sözünə qulaq asmadan təcili olaraq Xankəndinə azərbaycanlı mer təyin etməlidir. Mən Hafiz Hacıyev namizədliyimi irəli sürmüşəm, erməni dilində bildiyimə, onlarla ünsiyyətim çox olduğuna görə məni də mer qoya bilər. Düzdü, təhlükəlidir, orda rüşvət yoxdu. Ora indiki hakimiyyətin içindəkilər yox, ancaq bizim kimi xalqını, vətənini sevənlər gedər. Biz buna nail olmalıyıq və bunun üçün də Xankəndində oturub işləməliyik. Onlar da görməlidir ki, həqiqətən Xankəndi də Azərbaycanın rayonlarından biridir. İnsanlar orda Araik Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidir. Bu baxımdan biz bir az sözdən əməli işə keçməliyik. Yoxsa başımızın altına yastıq qoyub vaxtı uzadacaqlar və status məsələsində dayanacaqlar. Cənab Prezident Lavrovla görüşdə də öz iradəsini ortaya qoydu. 
 
Düşünürəm ki, Cənab Prezidentin Naxçıvandakı çıxışından sonra biz hərəkətə keçməliyik. Biz Qarabağdakı rayonları Xankəndindən idarə etməliyik. Belə bir şeyə gedə bilsək, Xocalı, Xankəndi və digər ərazilərimizi işğaldan azad etmək üçün şans yaranacaq. Ölkə başçısının çıxışında səsləndirilənlər çox haqlı, iradəli və xalqın iradəsinə söykənən fikirlərdir. Biz də cənab Prezidentin yanında olmalıyıq. Cənab Prezident demişkən lazım olanda dəmir yumruq işə düşməlidir. Araiki də ordan gətirib Bakıda Azadlıq Meydanında asmaq lazımdır. Bu gün Rusiya Ermənistan ordusunu formalaşdırmaqdan ötrü yenidən hərəkətə keçib. Köçəryan kimi qatil deyir ki, hakimiyyətə gəlsəm, Şuşanı və Hadrutu qaytaracağıq. Biz bunların başını vaxtında əzməliyik. Bununla yanaşı, qardaş Türkiyənin hərbi hissələri Azərbaycanda yerləşdirilməlidir. Necə olur ki, Rusiya öz ordusunu Qarabağda yerləşdirir, amma biz Türkiyə ordusunu yox. Biz nə qədər ki, erməni itləriylə qonşuyuq, çomağımızı əlimizdən yerə qoymamalıyıq”. /moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr