Makronlu Fransanın siyasi və iqtisadi bərbadlığı
Ramiyə Məmmədova: "Makron öz ölkəsini idarə etməkdənsə, digər dövlətlərin işinə qarışır"
"Makron oz ölkəsində gedən problemləri həll edə bilmir. Bu gün Fransanın daxilində gedən proseslər onun rəhbərinin nə dərəcədə gücsüz siyasətçi olduğunun nümayiş etdirir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.
Politoloq qeyd edib ki, Fransanın artıq illərdi həll edə bilmədiyi sosial və iqtisadi problemlər getdikcə böyüyür:
"Sarı jiletlərin nümayişlərində və son zamanlar Fransanın bir çox şəhərlərində ganunların işləmədiyini və oralarda hərc-mərclik olduğunu bildirən Fransa ordusunun bir neçə generalı dövlətin əldən getdiyini bəyan edərək dövlətin idarəçiliyini belə getsə öz əllərinə alacağı barədə mətbuatda çıxış ediblər. Elə bunun gorxusuyla Makron 9 may İkinci Dünya Savaşının nasistlər üzərindəki gələbə paradında Fransanın ordu generalları ilə bir yerə toplaşdı ki, bütün Fransa görsün ki, orduyla dövlət birdir".
R.Məmmədova hesab edir ki, bu görünüş heç nəyi dəyişmir. Onun sözlərinə görə, bu gün Makronlu Fransa həm siyasi, həm də iqtisadi baxımdan bərbad bir hala gəlib:
"Amma buna baxmayaraq, Makron öz ölkəsini idarə etməkdənsə, digər dövlətlərin işinə qarışır. Erməni dilində yazdığı postda ermənilərə verdiyi dəstəkdə elə gələcək seçkilərə və ona seçkilərdə dəstək verəcək erməni lobbisinə yönəlmiş bir yazıdır. Ermənilərin bütün dünyaya car çəkib çığır-bağır salmasına da heç baxan yoxdur. Çünki ən yaxın və atalıq edən Rusiyanın belə buna səsi çıxmırsa, demək ki, Azərbaycan duz yoldadır, heç bir dövlətin ərazisinə girmir, öz ərazisində hərbi əməliyyat aparır və öz tarixi torpaqlarına sahib çıxır".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”