Məhəmməd Əsədullazadə: "Nə qədər ki, erməni silahlıları sülhməramlıların məsuliyyət zonasında qalıb..."
"Ermənitanla dövlət sərhəddinin Laçın rayonu istiqamətində sərhədlərin delimitasiyası prosesində Qaragöl Azərbaycanın nəzarətinə keçib. Qeyd edim ki, SSRİ vaxtında bu göldən hər iki tərəf istəfadə edib. Amma göl Azərbaycanın dövlət qoruğu balansında olub. Ermənistan işğal dövründə bu gölü öz sərhədləri hüdüdlarına daxil edib".
Versus.Az xəbər verir ki, bunu şərhində MCP sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq qeyd edib ki, Dövlət sərhədlərinin müəyyənləşməsi 10 noyabr birgə Bayənnaməsinə uyğun olaraq aparılır:
"Artıq Moskvadan da açıqlmalar verilir ki, sərhədlərin müəyyənləşməsi birbaşa məlum bəyannaməyə uyğun olaraq aparılmalıdır. Nikol Paşinyanın Vladimr Putinə zəngləri heç bir nəticə vermir. Hətta rəsmi kömək istəməsinə baxmayaraq Azərbaycan tərəfi möhkəmləndiyi ərazilərdən çıxmayacaq. Bir tərəfdən bu proses Paşinyanın seçki təbliğatına mənfi təsir edir və burada da Moskva marqlı tərəfdir. Azərbaycan əlevrişli situaisydan istifadə edib, ciddi nəticələr əldə edir. Ermənistan tərəfinin ciddi şəkildə prosesə Rusiya, Fransa və ABŞ cəlb etməsinə baxmayaq, rəsmi Bakı konkret olaraq öz mövqeyində qalır. Çünki, geri çəkilmək Azərbaycanın Qarabağdakı proseslərdə mövqeyinə mənfi təsir etməklə yanaşı, Qazaxın yeddi kəndi və NMR Kərki kəndinin Ermənistanın nəzarətində qalması ilə nəticələnə bilər".
M.Əsədulla vurğulayıb ki, bu gün Ermənistanın silahlı qüvvələri Azərbyacnın ərazisindədir. Onun sözlərinə görə, məhz Qrabağda silahlı erməni birləşmələri qalır, Qazaxın yeddi kəndi onların nəzarətindədir. Azərbaycan konkret olaraq Rusiya, Fransa və ABŞ məhz bu detalları xatırlamalı və geri çəkiləcək varsa, bu Ermənistan tərəfi olmalıdır deməlidir:
"Nə qədər ki, erməni silahlıları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalıb və Qazaxın yeddi kəndi boşalmayıb, Ermənistana ciddi təzyiqlər labüddür. Qeyd edim ki, dövlət sərhədlərinin SSRİ dövründəki xəritəsi həm Bakıda, həm Yerevanda və Moskvada var. Daha dəqiqləşmə üçün Moskvada saxlanılan xəritələrdən istifadə edilə bilər. Amma, Ermənistan buna getməyəcəyi şübhəsizdir. Bir müddən bundan əvvəl Ermənistan tərəfindən Zəngilan istiqamətindən Azərbaycan hərbiçilərinə atəşin açılması və yeni planların qurulması Azərbyacnın hərəkətə keçməsi ilə nəticələndi.
Hazırda sərhədlərin delimatasiya məsələsində Moskva reallığı bildiyi üçün Azərbaycana təzyiq edə bilmir. Hazırkı prosesdə Rusiya da Azərbaycanla əlaqələri pozmayacaq. Azərbaycan Ermənistana ciddi təzyiqlər edir ki, təxribatçı fəaliyyətindən və Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Həmçinin Qarabağdakı erməni separatçılarının silahlı birləşmələrinə lojistik dəstəyi geri çəksin.
ABŞ və Rusiyadan Azərbaycana qarşı təzyiqlər yoxdur. Fransanın mövqeyi reallığa təsir edə bilməyəcək. Prezident İlham Əliyev Zəngəzurla bağlı siyasətində ciddi irəlliyişlər əldə edir. Bu, Qarabağda erməni separtizminə böyük zərbədir. Sabah, Azərbaycan hərbiçiləri Göyçə gölündə əllərini yuya bilər".
SEVDA
Versus.Az