"Kimin kim olduğunu bilirik, ona görə danışmayın, susun!"
Nizami Verdiyev: "Qarabağın bərpası məsələsi təkçə dövlətin və vaxtilə orada yaşayan köçkünlərin problemi deyil"
Dünya düzənin dəyişdirilməsi istiqamətində ciddi proseslər gedir. Beynəlxalq siyasətdə gündəmi zəbt edən bu mövzu böyük güclərin ayrı-ayrı dövlətlər üzərindəki “əzələ nümayişini” daha qabarıq gösərir. Dünyada cərəyan edən dəyişimlər təbii olaraq təzyiq və təsirlərə məruz qalmış dövlətlərin, xalqların proseslərə adekvat yanaşmanı tələb edir. Bu mənada yeni dönəm və insanların buna hazır olması yönündə təhlillər aparmaqdadır.
Versus.az xəbər verir ki, bu barədə Xəbər-PS-ə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
Onun sözlərinə görə, Qarabağın bərpası məsələsi təkçə dövlətin və vaxtilə orada yaşayan köçkünlərin problemi deyil. Bu, bütövlükdə xalqımızın, bütün dünya azərbaycanlılarının məsələsidir:
“Fikrimcə, cəmiyyətimizin yeni dönəmin başlanğıcı bir dövlət olaraq strateji məsələlərdən keçir. Nə keçmişdə, nə də indiki hakimiyyətdə belə proqramlar var. Dövlətin bir siyasəti olmalı və o, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, dəyişməz qalmalıdır. Baxın, Pribaltika ölkələri İkinci Dünya müharibəsindən sonra Sovet rejiminə qarşı on illərlə mübarizə aparıblar. Fürsət düşən kimi onlar ayrıldılar. Baxmayaraq ki, hakimiyyətdə kommunistlər olub, demokratik seçki keçirib inqilabsız demokratlara hakimiyyəti “təhvil” verdilər. Çünki bu respublikaların birinci katibləri sovet rejimi ilə mübarizə edənlərə gizlin dəstək veriblər. Bu xalqların ideoloji baxımdan bir siyasəti olub – Sovet İttifaqından çıxmaq və müstəqilliyini qorumaq. İndi də kimin hakimiyyətə gəlib, gəlməməsinə asılı olmayaraq öz müstəqilliyini qoruyaraq həmin siyasəti davam etdirirlər. Təəssüf ki, bizdə belə deyil və bu siyasət həddinin olmaması nəticədə torpaqlarımızın itirilməsinə gətirib çıxartmışdır. Bu, əsrlər boyu belə olub. Hakimiyyətdə olanların öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaq, satqınlıq, başqa dövlətlərin maraqlarını həyata keçirmək. Cəmiyyətimiz üçün yeni dönəmin başlanması qanunlarımızın aliliyi və tətbiqindən keçir. O cəmiyyətdə ki, qanunun aliliyi qorunmur, orada heç bir dəyişiklikdən, inkişafdan söhbət gedə bilməz. Yeni dönəm insanların şüurlarında eləcə də bütün sahələr üzrə demokratik islahatlar, cəmiyyət quruculuğu, problemlərin həlli, kadr dəyişikliyi deməkdir.”
Nizami Verdiyev Şuşa şəhərində keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalının ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:
“"Xarıbülbül" festivalının bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir. Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. İndi dünya miqyaslı beynəlxalq musiqi festivalın keçirilməsinə bəzi partiya sədrlərin “ağız əyməsi” onların hansı ağıl səviyyəsində olmasının göstəricisidir. Onlara xatırlatmaq istəyirəm ki, elə Şuşanı sizin hakimiyyət dövründə itirdik, sizin hakimiyyətdə təmsil olunan müdafiə naziri demişdi ki, “Şuşa getməyəcək, Şuşa getsə başıma bir güllə vuracağam”. Şuşanın itirilməsi Qarabağın itirlməsinə gətirib çıxartdı. Vətən – İkinci Qarabağ müharibəsi müzaffər Ordumuz tərəfindən Şuşanı azad edəndən sonra, biz bütün Qarabağı qaytardıq. Biz keçmişdə kimin kim olduğunu bilirik, ona görə danışmayın, susun”.
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”