Naqif Həmzəyev: Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır

13:17 17-05-2021 | icon 342 | Siyasət
Naqif Həmzəyev: Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır
Naqif Həmzəyev: Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır
 

"Erməni lobbisinin təsiri altında azərbaycanlılara qarşı törədilən təxribatlar zamanı biz beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə etməyə və baş vermiş bu təxribatların hüquqi müstəvidə qarşısını almağa çalışmalıyıq".

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Lüksemburqda erməni lobbisinin təşkilatçılığı ilə azərbaycanlılara qarşı törədilən təxribatlar barədə danışarkən deyib.

 

Deputatın sözlərinə görə, uzun illərdir ki, erməni lobbisi və ermənipərəst qüvvələr xarici ölkələrdə azərbaycanlılara qarşı təxribatlar törədirlər: "Bu hal, bizi istər-istəməz narahat edir. Yaxın keçmişə nəzər yetirsək görərik ki, 2019-cu ildə "Qarabağ" Futbol Klubunun Çempionlar Liqası çərçivəsində Lüksemburqda baş tutan oyunu zamanı separatçı qüvvənin drona bağlanmış "bayrağının" sərgilənməsi, daha sonra 44 günlük Vətən müharibəsi zamanı Lüksemburq rəsmilərinin Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxması və bununla əlaqədar müxtəlif təxribat yönümlü bəyanat və çıxışlar edilməsi, həmçinin Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” mədəniyyət mərkəzinə müxtəlif qüvvələr tərəfindən hücumlar edilməsi, həmin şəxslərin kimlikləri məlum olsa da, onlara qarşı Lüksemburq rəsmiləri tərəfindən heç bir real cəza verilməməsi və s. kimi təxribatlarla üz-üzə qalmışıq. Bu, onu göstərir ki, Lüksemburq rəsmiləri də erməni lobbisinin təsiri altındadır və onların diktəsi altında müəyyən vaxtlarda azərbaycanlılara qarşı təzyiq məqsədli təxribatlar törədirlər. Biz istənilən halda unutmamalıyıq ki, hələ də revanşist fikirlərlə yaşayan və qisas hisslərini aşılayan erməni lobbisi və ermənipərəst qüvvələr var. Onların məqsədi regionda sülhün qarşısını almaq, münaqişəni yenidən alovlandırmaq, nəticədə Azərbaycan üçün narahatlıq yaratmaqdır".

N.Həmzəyev qeyd edib ki, bu planlar heç vaxt reallaşmayacaq, çünki Azərbaycanın Ali Baş Komandanı, möhtərəm Cənab Prezident İlham Əliyev uzaqgörən insandır, bütün prosesləri hamıdan yaxşı anlayır və nəyi, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir: "Azərbaycan regionda sülhün qarantıdır. Ölkəmiz, ümumiyyətlə, regiondakı sülhün daim bərqərar olması üçün öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və qonşu dövlətlər, eyni zamanda beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıqları inkişaf etdirir. Törədilmiş bu cür təxribatların əsas ziyanı elə məhz ermənilərə deyir. Qeyd etmək lazımdır ki, ermənilər nə qədər ki, bu prosesi uzadacaqlar, sülhə öz töhfələrini verməyəcəklər, nəticə etibarilə uduzan da, itirən də erməni xalqı olacaq. Fikrimcə, biz bu təxribatlardan qətiyyən təsirlənməməli, ancaq bu təxribatların qarşısını almaq üçün müxtəlif üsul və alətlərdən istifadə etməliyik. Gələcəkdə baş verə biləcək bu cür təxribatların bir daha olmaması, ermənilərin haqq yoluna gəlməsi üçün beynəlxalq təşkilatların təzyiq alətindən istifadə etməliyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr