"Onun fikirləri Azərbaycana qarşı təhdid və şantajdır"

23:29 18-05-2021 | icon 373 | Siyasət
"Onun fikirləri Azərbaycana qarşı təhdid və şantajdır"

Razi Nurullayev: "Yaxşı olar Ermənistana təzyiq edin ki, mina xəritələrini versin"

 

"İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komitəsinin sədri Moctaba Zolnurinin Azərbaycan-Ermənistan sərhəddində baş verən son olaylardan dolayı səsləndirdiyi fikirlər Azərbaycana qarşı təhdid və şantajdır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Razi Nurullayev bildirib ki, əgər Azərbaycan öz sərhədlərini bərpa etmək üçün lap 30 km belə Ermənistanın içərilərinə doğru irəliləyərsə, bunu dəstəkləyirik:
 
 
"Bizim heç kimin torpağında gözümüz yoxdur, amma bizə aid olanları da heç kimə vermək fikrində deyilik. Azərbaycan öz sərhədlərini bərpa etmək üçün hərb dili ilə də danışmağa hazır ölkədir və bunu əməldə sübut edib. Zəngəzur da tarixi yurdumuzdur və ora dönəcəyik, orada ikinci Azərbaycan dövləti də elan edəcəyik. Sadəcə, geci-tezi var. Məndən olsa, günü sabah bunu edərəm.
 
 
R.Nurullayev vurğulayıb ki, cənab deputatın, İran rəsmisinin 30 il 130 km sərhəddin dəyişdirilməsinə, Azərbaycanın beynəlxalq hüquqla, o cümlədən öz ölkəsinin də tanıdığı Azərbaycan sərhədlərinin pozulmasına tab gətirə bilməsi çox təəccüblüdür:
 
"Axı cənab deputatın gözlərinə 30 il yuxu getməməliydi? Çünki sərhədlərin qorunmasında bu qədər israrlıdır.
Çox üzülürəm ki, İran rəsmisinin xəbəri olmayıb ki, alnını möhürə qoyub namaz qıldığı məscidlərdə Ermənistan Allahın sevmədiyi heyvanı (donuz, свинья, pig, schwein) saxlayıb, sərhədləri, şəhər və kəndləri yerlə-yeksan edib, daşı daş üstündə qoymayıb. Hər tərəfi xaotik basdırılmış minalarla bəzəyib və o minalara onun din qardaşları düşüb partlayır".
 
Deputat əlavə edib ki, Ermənistanla necə danışmaq lazım olduğunu çox gözəl bilirik və bu sahədə məsləhətə ehtiyac duymuruq:
 
"Biz gözəl qonşuyuq və gözəl qonşuları da sevməyə hazırıq. Yaxşı olar ki, Ermənistana təzyiq edin ki, mina xəritələrini versin".
 
 
Qeyd edək ki, İranlı deputat deyib ki, - “İran İslam Respublikasının mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimiz dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaqdır. Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr