"Görüntülər saxtadır və mənə qarşı böhtan kampaniyasıdır"
Mahir Abbaszadə: "Güləbird kəndinin Humay adlı şəhidi yoxdur"
“Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır".
Versus.Az xəbər verir ki, bunu barəsində yayılan məlumatlara aydınlıq gətirən deputat Mahir Abbaszadə bildirib.
"28 il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AzTv, ARB və Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar. Bununla yanaşı həmin tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də Laçın rayonundan olan sakinlər iştirak ediblər.”
121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə qeyd edib ki, Laçın rayonunun Güləbird kəndinin Humay adlı şəhidi yoxdur:
“Həmin ərazidə Humay adlı bulaq var. Amma kəndin Humay Hümbətov adlı şəhidi yoxdur və bulaq da şəhidin adını daşımır. Orada biz yalnız su qəbul etmişik.
Bir daha bəzi mətbu orqanlarını haqqımda əsasız məlumatlar yaymamağı çağırıram. Hər hansı bir məlumat yayarkən dəqiqləşmə aparmağı tövsiyə edirəm. Şər və böhtan atmaq yaxşı əlamət deyil.”
Qeyd edək ki, bəzi media orqanlarında çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın orada olan zaman kef məclisi qurduğu ilə bağlı məlumatlar yayılıb. /Unikal.org/
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”