Rusiyalı ekspertdən Paşinyanın KTMT-ya müraciətinə REAKSİYA

19:24 19-05-2021 | icon 703 | Siyasət
Rusiyalı ekspertdən Paşinyanın KTMT-ya müraciətinə REAKSİYA

Andrey Petrov: “Paşinyan KTMT dövlətlərinin imicinə xələl gətirir”

 

“Paşinyanın KTMT-yə müraciəti populist bir addımdır və ermənilərin işğal planlarına kömək etmək üçün xarici qüvvəyə müraciət etmək cəhdidir. KTMT burada heç bir şey edə bilməz. O, yalnız hər hansı bir hərbi təcavüz və ya üzvlərinin ərazi bütövlüyünə təhlükə yarandıqda kömək edir. Burada isə belə bir hal yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin baş analitiki Andrey Petrov Ermənistan baş nazirinin vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həllinə kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinə münasibət bildirərkən deyib.

 

Ekspertin fikrincə, erməni tərəfinin bu cür tələbləri KTMT-nin imicinə xələl gətirir:

“Çünki Paşinyan bu yolla təşkilatın öz üzvlərinə planlarında və istəklərində kömək edə bilmədiyini göstərir. Əlbəttə ki, KTMT-nin sərhədlərin delimitasiyasına aidiyyatı yoxdur”.

 

Petrov həmçinin, mövcud gərgin vəziyyətin yaxınlaşan növbədənkənar parlament seçkiləri səbəbi ilə Yerevan tərəfindən yaradıldığını vurğulayıb:

“Hazırda müxalifət bundan istifadə edərək hakimiyyətə təzyiq göstərməyə, onun zəif olduğunu və maraqları müdafiə edə bilmədiyini göstərməyə çalışır. Hazırkı hökumət isə öz növbəsində gücünü göstərməyə, guya Azərbaycana müqavimət göstərə bildiyini nümayiş etdirməyə məcbur qalıb. Ancaq adətən Ermənistanın daxili siyasətində olduğu kimi, onlar yenə də kömək üçün xarici qüvvələrə – yəni Rusiya və KTMT-yə müraciət ediblər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr