“Ermənilərlə toqquşma olacaq..."

07:05 20-05-2021 | icon 672 | Siyasət
“Ermənilərlə toqquşma olacaq..."

Elxan Şahinoğlu: "Ordumuz antiterror əməliyyatı keçirəcək"

 

Ermənilər yenidən təxribata əl atacaq və ordumuz antiterror əməliyyatı keçirmək məcburiyyətində qalacaq.

 

Versus.Az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

O bildirib ki, yenidən toqquşmaların olması gözlənilir:

 

“Məntiqi olaraq istərdik ki, Nikol Paşinyan Ermənistandakı seçkilərdə qələbə qazansın və baş nazir vəzifəsini icra etməyə davam etsin. Çünki o, iki bəyanata imza atıb. Reallığı anlayır ki, imza atıbsa, yerinə yetirmək məcburiyyətindədir. Lakin hadisələrin gedişatı göstərir ki, partiyası birinci olsa da, toplanan səslər ona təkbaşına hökumət formalaşdırmağa kifayət etməyəcək. Seçkidən sonra koalisyon hökumət qurulmalıdır. Buna görə də Ermənistanda keçirilən seçkilərdən sonra siyasi xaos davam edəcək. Ümid etməyək ki, yeni hökumət bağlanmış bəyanatı yerinə yetirəcək. Onlar yenə təxribatlara əl atacaqlar. Biz buna da hazır olmalıyıq. Müharibə olmasa da, toqquşmalar, təxribatlar ola bilər. Bu səbəbdən məcbur qalıb antiterror əməliyyatları həyata keçirə bilərik”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr