Paşinyandan YENİ ŞƏRT
"Bakı ilə masada sənəd var, imzalayacam"
Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədi müzakirə etdiyini təsdiqləyb.
Versus.az xəbər verir ki, hökumətin iclasında çıxış edən Paşinyan sənədin Ermənistanın maraqlarına xidmət etdiyini bildirib.
O, Azərbaycanın bu sənədə razılıq verəcəyi halda onu imzalayacağını söyləyib.
Qeyd edək ki, bundan öncə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı yeni sənədin olduğunu bildirmişdi. Onun iddiasına görə, bu sənədə Ermənistan seçkiyə qədər Azərbaycan qoşunlarının Qaragöldən geri çəkilməsini, bir neçə əsiri İrəvana geri qaytarılmasını salmaq, əvəzində Qazaxın və Naxçıvanın işğalda saxlanılan 6 kəndini Azərbaycana qaytarmaq istəyir.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”