“Xalqın şikayətinə baxan yoxdur, prezidentə də məlumat verilmir” - MÜSAHİBƏ
Hafiz Hacıyev: “Qələbəmizi, quruculuq işlərini kölgələməyə çalışan nankorlar var”
İşğalçı Ermənistanın revanşist iddiaları regionun geosiyasi vəziyyətini gərgin olaraq saxlayır. Regiona marağı olan dövlətlər öz istəklərinə nail olmaq üçün erməni kartından əl çəkmir. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurları kölgələməyə çalışan beynəlxalq güclər Ermənistana cinayət işinin açılmasını, Azərbaycana təzminatın özdənilməsini gündəmə gətirmək əvəzinə, haqq işimizi kölgələməyə cəhdlər edirlər. Bu və ya digər kontekstdə hansı addımların atılması zərurəti yaranır.
Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev çox ciddi məqamlara diqqət çəkib.
“Rusiya əlaltından yüz oyun oynayır”
- Hafiz müəllim, 44 günlük müharibədən 6 aya yaxın vaxt keçir, bu gün Azərbaycanın erməni vandalları tərəfindən dağıdılan, viran qoyulan ərazilərində bərpa, quruculuq işləri necə gedir və istər daxildə, istərsə də xaricdən bu prosesə necə adekvat, yaxud əks münasibətlər var?
- 44 günlük müharibədən sonra regionlarda, o cümlədən Qarabağda böyük qurculuq, bərapa işləri gedir. Hər kəs bu prosesi birmənalı şəkildə görüb, dəyərləndirməlidir. Erməni vandallığı nəticəsində dağıdılan yolların, şəhərlərin kommunikasiya xətlərinin, infrastrukturun yenidən qurtulması çox böyük işlərin görülməsini tələb edir. Bu prosesi qəbul etməyən Azərbaycanı istəməyən qüvvələr baş qaldırıb ki, onlara qarşı diplomatik müstəvidə mübarizə gedir. Bir sözlə, bu gün Ali Baş Komandanın belə bir ərəfədə həm təhlükəsizliyin təminatı, həm quruculuq, insanların həyat rifahının yaxşılaşdırılması istiqamətində apardığı işlər əvəzedilməzdir. Təbii ki, aparılan işlərə xalq-Prezident, eləcə də siyasi partiyaların birmənalı olaraq Prezidentin yanında olması ilə nail olmuşuq. Burda qalib Azərbaycan ordusu və Ali Baş Komandandır. Bu gün bizim qələbələri, regionda gedən quruculuq işlərini kölgələməyə çalışan nankorlar var. Rusiya əlaltından yüz oyun oynayır. O cümlədən ABŞ-ın özü ATƏT-in Minsk qrupunun həmsədri 30 ildir heç bir iş görməyib, indi də gəlib hazırın naziri olmaq istəyirlər. Avropa Parlamentləri ölkəmizə qarşı qərəzli çıxışlar edirlər. Bu güclərin indi gəlib ölkəmizdə öz istədiklərini etməsinə imkan vermək olmaz. Bu gün də Azərbaycan hakimiyyətinin daxilində olan müəyyən qüvvələr radikal müxalifətlə birləşib lokal tədbirlər, piketlər keçirirlər. Onlar sabah mütləq buna cavab verəcəklər. Amma bu gün Ali Baş Komandanın cəsarəti, möhkəm iradəsi nəticəsində biz bu baryeri keçirik. Artıq çalışırıq ki, Xankəndi ilə bağlı müəyyən məsələlər həll olunsun. Xankəndiyə mer təyin edilsin, Tutaq ki, Xocalıda, Şuşanın özündə böyük quruculuq işləri gedir. Bütün bunların hamısı Azərbaycan dövlətinin 30 ildən sonra gördüyü işlərin uğurudur. İndi müəyyən adamlar var ki, hərəsi bir televiziyaya çıxıb ağızlarına gələnləri danışırlar. O adamlar heş öz ailələrinə rəhbərlik eliyə bilmirlər. Ona görə də biz Müasir Müsavat Partiyası olaraq ordumuzla birgə Ali Baş Komandanın sərəncamındayıq.
“Hakimiyyət daxilində vəziyyətin qarışmasını istəyənlər var”
- Bu gün Azərbaycanın dağıdılmış torpaqlarında, dağıdılan rayonlarımızda, abidələrimizdə erməni vandallığı, vəhşiliyi bir fakt kimi üzə çıxır. Bu faktlar, erməni vəhşiliyi dünyada necə təbliğ olunur?
- Erməni dövləti olmayıb. İndiki Ermənistanı Azərbaycanın qədim torpaqlarının üzərində yaradıblar. Torpaqlarımız işğal olunub və ilhaq edilərək regionun qara yarası olan haylara verilib. Biz özümüz İrəvanda doğulub-böyümüş insanlarıq. İrəvan, Göyçə, Zəngəzur, Vedibasar və sair. Bunlar hamısı bizim torpaqlardır. Amma neyləmək olar ki, ermənilərin xaricdə olan dayaqları istəyirlər desinlər ki, Azərbaycan da bizimdir, Türkiyə də bizimdir. Bu gün bu dövləti yaradan həmin məlum güclər hayların vandallığını körükləyərək regionda möhkəmlənmək istəyiblər və bu gün də o proses var. Amma görünən oddur ki, dünya gücləri Azərbaycanın həiqətlərini yenə də göz ardına almaq istəyirlər. Belə olmasaydı, öz sərhədlərini bərpa edən Azərbaycana Fransadan hansısa makronlar sərt bəyanat verib bizi işğalda, başqasının torpağına soxulmaqda qınamağa cəhd etməzdi. Eləcə də Avropa Parlamentindən bizə qarşı sərt bəyanatlar verilməzdi. Görünən odur ki, Azərbaycanın, Türkiyənin regionda müstəqil bir dövlət, birlik kimi güclənməsini istəməyənlər, hətta bu gün ortada olan erməni vəhşiliyini göz ardına almağa çalışırlar. Amma Ali Baş Komandan bütün çıxışlarında həmin güclərə öz qətiyyətli mesajını verib. Və Azərbaycanın öz haqqını sona qədər müdafiə edəcəyini bəyan edib. Dövlətimizin ərazi bütövlüyünə, insan haqlarına hörmətlə yanaşan hər bir kəsə yanımızda yer olacaq. Eləcə də Ermənistana yaxın qonşuluq təklif edir, sülhə gəlib iqdtisadi layihələrə qatılmasını təklif edirik. Ermənistan 10 noyabr bəyanatına əməl edib işğal iddiasından əl çəkəcəksə, regionda sülh yaranacaq. Əks halda Azərbaycanın Dəmir Yumruğu hazırdır və biz siyasi partiyalar, xalq Ali Baş Komandanın yanındayıq. Belə qüvvələrə qarşı dayanmaq üçün ilk əsas şərt xalqla Ali Baş Komandanın birliyinin təmin olunmasıdır. Azərbaycanın xaricdəki diasporası aktivləşməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi daha dişli fəaliyyət göstərməldir. Diasporalarımız Azərbaycana qarşı yönələn əks münasibəti dünyaya çatdırmalıdır. Amma bu istiqamətdə yenə də zəif hərəkət edirlər.
Digər məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan hakimiyyətinin daxilində vəziyyətin qarışmasını istəyən qüvvələr var. Hakimiyyətdə olanların çoxunun arvadı ermənidir və bu saat narahatdırlar. Bu ügün bizdə Rusiyaya, İrana işləyən qüvvələr var. Bu gün İranın Azərbaycana olan aqressiv münasibəti də göz önündədir. Bütün bunlar hamısı bizdən milli birliyi tələb edir. Biz bu birliyi təmin etsək, bayrağımızı Xankəndidə yox, Göyçədə də asacağıq. Baxmayaraq ki, bu gün ölkədə çox ciddi nöqsanlar var, məhkəmə-hüquq sistemi bərbad vəziyyətdədir, icra hakimiyyətləri yenə rüşvətdən əl çəkmirlər, vəzifə səlhiyyətlərindən sui-istifadə edib korrupsiyaya qurşanıblar, nə qədər ki, belə qüvvələr var, Azərbaycanda problemlər düzəlməyəcək. Xalqın şikayətinə baxan yoxdur. Prezidentə bu məsələləri çatıdırmırlar. Hər halda nə qədər səsimizi almağa çalışsalar da, biz bu məsələləri Prezidentə çatdıracağıq.
- Ermənistanda keçirlən seçkilər regionda nəyi dəyişə bilər və dünya gücləri nəhayət haqq-ədaləti tanımağa hazırdırmı?
- Dünya güclərinin gözləri kor olub. Bunlar çalışırlar ki, həmişə Azərbaycan asılı, gözüqıpıq dövlət olaraq qalsın. Dünya ədalətsizdir. 44 günlük müharibədə torpaqlarımız azad olundu və biz bu ədaləti sona qədər müdafiə edəcəyik. Ermənistanda Rusiya çalışır ki, Paşinyanı devirib Xocalı sıyqırımını törədən Köçərayanı hakimiyyətə gətirsin. Biz çalışmalıyıq ki, bu baş verməsin. Paşinyanın hakimiyyətdə qalması bizə sərfəlidir. Biz Paşinyanı yaralamışıq və istədiyimizi ona qəbul elətdirə bilirik. Amma bu məsələnin arxasında duran Rusiya işğalçı qüvvələri Xankəndidə yerləşib bizimlə şərtlərlə danışırlar. Onların öhdəsindən gəlmək üçün yenidən ortaya güc qoymalıyıq. Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi daha möhkəm olmalıdır. Bir fakt hər kəsə aydın olmalıdır ki, Azərbaycan öz sərhədlərini müəyən etməli və onu qorumalıdır. Azərbaycan sərhədlərində sərhəd qoşunlarımız dayanmalıdır. Torpaqlarımız işğaldan azad olunubsa, sərhəd boyu gömrük postlarımız qurulmalıdır. Biz sərhədlərimizi tam bərpa etməliyik. Amma Ermənistan məğlub olsa da, yenə də hay-küy salmaqla məşğul olur.
- O birlik indi siyasi partiyalarda varmı?
- 44 günlük müharibədə yaranan siyasi partiyaların birliyində 50 faiz əsər-əlamət qalmayıb. Ona görə də o fikrimdə qalıram ki, biz bu gün ölkədə əldə etdiyimiz birliyi qoruyub saxlaya bilsək sabitliyi də qoruyacağıq. Qoruya bilməsək, əldə etdiyimiz torpaqları da itirə bilərik.
Hesab edirəm ki, birinci növbədə kadr islahatlrı aparılmalıdır. Rüşvətxor, arvadına, qızına görə vəzifələrdə olub millətin taleyini düşünməyənlər hamısı vəzifədən getməlidir. Diaspora işi güclənməlidir. Vəzifələrə torpağını, millətini sevənlər qoyulmalıdır ki, bizi əhatə edən bu propblemlərdən qurtaraq. Yoxsa nə qədər ki, arvadları erməni olub onlardan törəyənlər vəzifələrdə oturacaq, korrupsiya, rüşvət qalacaq, biz istədiklərimizə nail ola bilməyəcəyik. Sözün düzünü demək lazımdır. Yalandan yaltaqlıq edib, hər şey yaxşıdır deməklə də problemlər həll oluna bilməz. Ona görə də biz Ali Baş Komandanın yanındayıq və camaatın başına oyun açan vəzifəli korrupsiyaçıları ifşa edib, cəmiyyətə təqdim edəcəyik.
Könül Nəcəfli
Versus.z
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”