MMP Respublika Günündə
“Bu gün Şuşada Respublika Günümüz qeyd edilirsə…”
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bütün soydaşlarımızı 28 May Respublika Günü münasibəti ilə təbrik edib.
Versus.Az MMP sədrinin təbrikini təqdim edir:
“Əziz həmvətənlərim!
Sizi 28 May – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə müstəqil Azərbaycanın azad vətəndaşı olaraq firavan yaşamağı arzulayıram.
28 Mayı tarixə çevirən qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Bu gün onların da ruhu şaddır. Erməni vandallarından xilas etdiyimiz torpaqlarımızda Respublika Günümüz qeyd edilirsə, bunun özü bizim üçün ikiqat bayramdır.
Bir daha MMP sədri olaraq həm öz adımdan, həm partiyamızın üzvləri adından xalqımızı təbrik edir, xoş güzəran, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayıram.
Tanrı Azərbaycan Ordusunu və onun Ali Baş Komandanı İlham Əliyevi qorusun! Hər zaman Prezidentimizin yanındayıq”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”