Türkiyə Xarici İşlər Nazirliyi 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikin mətni Türkiyə Xarici İşlər Nazirliyi rəsmi “Twitter” səhifəsində dərc edilib.
“Can Azərbaycanın Respublika Günü mübarək olsun! Vətən müharibəsindəki mübarizəsi ilə şanlı Azərbaycan bayrağının heç bir şərt altında endirilməyəcəyini göstərən azərbaycanlı qardaşlarımızı hörmətlə salamlayırıq!” - təbrikin mətnində yazılıb.