Atakule Azərbaycan bayrağının rənglərinə boyandı
Türkiyənin paytaxtı Ankaranın Atakule qülləsi 28 May Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında bildirib.
İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Eyni zamanda qüllənin rəngli tablosunda “Azərbaycanın milli günü mübarək olsun!” təbriki yazılıb.
Qeyd edək ki, Atakule qülləsi Ankaranın rəmzi hesab edilir.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”