“Bu gün Respublika Gününü daha xoşbəxt qeyd edirik”
Könül İsmayılova: “Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevrilib”
“Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir və regionun lideri, beynəlxalq təşəbbüslərin müəllifi olan ölkəmiz əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz yerini gücləndirib. 28 May – Respublika Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevə dövlətlər tərəfindən ünvanlanan təbrik məktubları ölkəmizin yüksək beynəlxalq nüfuza malik olmasından xəbər verir”.
Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.
Azərbaycanın dünyada öz statusunun yüksəlməsinə müvəffəq olduğunu vurğulayan Könül İsmayılova qeyd edib ki, ümumilikdə 60-dan çox ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricilərindəndir:
“Bu, eyni zamanda ölkəmizin genişlənən əməkdaşlığının göstəricisidir. Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu şəkildə dünyanın siyasi xəritəsində öz status və rolunu artırıb. İkinci Qarabağ müharibəsindəki əldə etdiyimiz qələbədən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həmçinin Çin və ABŞ-ın rəqabət aparması da dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir”.
Bütün liderlərin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarının böyük əhəmiyyətə malik olduğunu deyən MMP sədr müavini Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunun detallarına diqqət çəkib. Bildirib ki, Putin həmin məktubda Azərbaycanın dünyada yüksək nüfuz qazandığını qeyd edib:
“Putin beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycanla mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Məktubdan aydın olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcək”.
Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə bağlı fikirlərini də dilə gətirən K.İsmayılova bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra özünü məhz Xalq Cümhuriyyətinin varisi elan etdi və bu gün müasir Azərbaycan AXC-nin varisi olaraq dövrünün ən güclü dönəmini yaşayır:
“İndi xalqımız ərazi bütövlüyünü bərpa etdiyi üçün Respublika Gününü daha xoşbəxt qeyd edə bilir. Əgər xalq olaraq Prezident İlham Əliyevin ətrafında sıxlaşsaq, Cümhuriyyət qurucularının bizə əmanət etdiyi respublika ideyalarının qorunması və reallaşması üçün hər şeyi edə biləcəyik. Qarabağın işğaldan azad edilməsi ilə zəfər tarixinin şahidi olduq. Əgər 60-a yaxın hökumət və dövlət başçısının Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərilən təbrik məktublarına diqqətlə nəzər yetirsək, görərik ki, Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevrilib, ölkəmiz öz mövqeyini gücləndirib. Azərbaycanla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artmaqdadır. Bu baxımdan, hesab edirəm ki, biz hazırda daha güclüyük və bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşərək xalqın birliyini daim qoruyub saxlamalıyıq. Biz MMP olaraq hər zaman Prezidentimizin yanındayıq”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”