9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

11:36 31-05-2021 | icon 667 | Təhsil
9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2-3 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

 

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayır.

 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

İmtahanlar 2-3 iyun tarixlərində respublikanın 28 şəhər və rayonunda keçiriləcək.

 

İyunun 2-də keçiriləcək imtahanda 18 609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20 438 nəfər olmaqla, ümumilikdə 39 047 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ