“Bu səfərlər ərazilərimizdə yenidənqurma işlərinin sürətlənəcəyinin təsdiqidir”
Səbinə Xasayeva: “Bu şəhər və kəndlərimiz ulu öndərin ideyalarına böyük sədaqətlə yenidən qurulacaq”
“Azad edilmiş ərazilərimizdə şəhərlər, kəndlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarına böyük sədaqətlə, azərbaycançılığın qüdrətilə yenidən qurulacaq. Ağdam da yenidən qurulacaq, yenidən gözəlləşəcək...”
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva Prezident İlham Əliyevin Ağdama səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri quruculuq, yenidənqurma işlərinin sürətlənəcəyini ifadə edir:
“Ölkə başçısının mayın 28-də Ağdam rayonuna səfəri bunun təsdiqidir. Səfər zamanı ölkə başçımız diqqəti erməni vəhşiliyinə yönəldərək Ermənistanın nəyə görə münaqişənin sülh yolu ilə həllindən yayındığını bir daha ictimaiyyətin diqqətinə çatdırıb. Prezident faktları əyani olaraq göstərərək, “Baxın, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti var idi. Azərbaycan ordusu bu sədləri darmadağın etdi”- deyə, bir daha bəyan edib”.
S.Xasayeva eyni zamanda qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə səfərlərində səfirliklərin rəsmiləri, ayrı-ayrı media nümayəndələri erməni vəhşiliyinin mahiyyətini dərindən dərk etdilər. Gördülər ki, erməni vandalizmi bəşərə qarşı yönələn düşmənçilikdir:
“Əks-hücum əməliyyatı kimi başlayan, Ali Baş Komandanın döyüş əmri ilə Vətən müharibəsi kimi davam edən döyüşlərdə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Beynəlxalq təşkilatların illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi. 2020-ci ilin 8 noyabrı Zəfər Günü kimi tarixləşdi. Dünyanın aparıcı dövlətləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusunun qüdrətinə heyrətləndi. Bəziləri sevgidən, bəziləri gözgötürməzlikdən.
Ölkə başçısının sərəncamı ilə ruhumuzun şəhəri olan Şuşada möhtəşəm “Xarıbülbül” festivalı keçirildi. Bu festival azərbaycançılığın qüdrəti kimi izlənildi. Festivalda ölkə başçımız dedi: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Deptat bu fikirlərin Azərbaycanın tolerant dövlət olduğunun təsdiqi kimi dərk edildiyini önə çəkib.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”