Prezidentin Ağdam səfəri və düşmənlərimizə yönəlik TƏRS SİLLƏ
Könül İsmayılova: Prezidentin “bütün təxribatlara adekvat cavab veriləcək” xəbərdarlığı onları silkələyib”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev may ayının 28-də Ağdam şəhərinə səfər edib. Azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da bərpa-quruculuq işləri sürətlə davam edir. Prezidentin səfər etdiyi şəhərlərimizdəki çıxışlarından işğaldan azad edilmiş ərazilərimizdə görülən və görülməsi nəzərdə tutulan işlər çox aydın görünür. Eyni zamanda, hər bir çıxışda Azərbaycana qarşı çıxan qara qüvvələrə bir mesaj səslənirdi.
Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib ki, ümumiyyətlə Azərbaycan Prezidentinin nəinki Ağdamda, işğaldan azad edilmiş digər ərazilərimizdə olması düşmənlərimizə yönəlik tərs sillədir:
“Bu gün dünyanın gözü Azərbaycandadır. 44 günlük Vətən Müharibəsindən indiyədək çaşqınlıq içində qalan anti-Azərbaycançı qüvvələr İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizi qarış-qarış gəzməsini həzm edə bilmirlər. Elə ölkə daxilində də qələbəmizi hələ də həzm edə bilməyən qüvvələr var. Həmin qüvvələr Rusiyapərəstdirlər və hər vəchlə çalışırlar ki, ölkədə hərc-mərclik yaratsınlar. Görünən odur ki, Rusiya buna müəyyən mənada nail olub. İnsanlarımız süni şəkildə dövlətdən narazı salınır, şəhid ailələri, qazilər problemlərlə üz-üzə qoyulur, intiharların sayı artır, ara-sıra süni qiymət artımları olur və sair. Bütün bu kimi neqativ hallarla qələbəmiz kölgələnir. Bizim partiyanın sədri öz müsahibələrində dəfələrlə vurğulayıb ki, cənab Prezidentin ətrafındakılar işlərini layiqincə yerinə yetirə bilmirlər, “5-ci kolon”a xidmət edirlər. Hazırkı durum da Hafiz müəllimin həmin fikirlərini təsdiqləmiş olur. Prezident işğaldan azad edilmiş rayonlarımıza səfərlər edir, təxirəsalınmaz tapşırıqlar verir, bir sözlə, Qarabağımızın gözəlləşməsi üçün bütün gücünü ortaya qoyur. Onun bu işlərini kölgə altına salmaq istəyənlər isə fürsəti fötə vermir, hər addımda cəmiyyətdə narazılıq dalğası yaradırlar”.
K.İsmayılova təəssüflə qeyd edib ki, azad etdiyimiz bütün ərazilərimizdə, eləcə də Ağdamda erməni vandalizminin izləri qaldığı kimi, Azərbaycan hakimiyyətində də vəzifəsini düzgün icra etməyənlərin yarıtmazlıq, laqeydlik kimi izləri hələ də qalır. Xanım siyasətçinin sözlərinə görə, bu izlərin silinib aradan götürülməsi üçün islahatlar davam etdirilməlidir:
“Amma o şərtlə ki, təzə gələnlər köhnələri təkrarlamasınlar. Yəni bu dövlətin, bu xalqın təəssübünü çəkənlərə yer verilməlidir”.
Ermənilərin sakit dayanmaması, Qarabağda təxribatlara yol verməsi hallarına da toxunan MMP sədr müavini bildirib ki, onların arxasında Rusiya sülhməramlıları dayandıqları üşün belə aktivdilər:
“Tarixən Rusiya ermənilərdən Azərbaycana qarşı istifadə edib və bu indinin özündə də davam etdirilir. Ümumiyyətlə, Rusiya ordusunun heç vaxt sülh kimi bir məramı olmayıb. Hansı ölkədə ki, sülhməramlı adıyla müvəqqəti yerləşib, bu müvəqqəti daimi olub. Heç şübhəsiz ki, Qarabağda da əbədi lövbər salmaq fikrindədilər. Amma Azərbaycan Prezidenti heç də buna yol verəcək kimi görünmür. Rusiyanın Azərbaycana qarşı hazırki münasibətlərini nəzərə alaraq düşünürəm ki, sülhməramlılarının ölkəmizdən geri qayıtması üçün heç 5 ili gözləmək lazım gəlmiyəcək. Prezidentimizin Ermənistan tərəfin təxribatçı əməllərinə cavab olaraq “bütün təxribatlara adekvat cavab veriləcək” xəbərdarlığı onları silkələyib və bu, nəinki Ermənistana, elə Rusiyaya da bir mesaj sayıla bilər”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”