"Azərbaycanın regionda aparıcı olması göz qabağındadır və..."

08:25 01-06-2021 | icon 862 | Siyasət
"Azərbaycanın regionda aparıcı olması göz qabağındadır və..."

Fuad Əliyev: "Onlar hələ də öz iddialarından əl çəkməyiblər"

 

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda yeni reallıqlar yaratdı. Qalib Azərbaycan dünyanın siyasi xəritəsində öz statusunu və rolunu artırdı. Artıq bütün dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması Azərbaycanın artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

 

Digər tərəfdən bir çox Avropa ölkələri də Azərbaycanla əməkdaşlığa ciddi səy göstərir. Təsadüfi deyil ki, bütün dünyanın marağında olan Zəngəzur dəhlizinin açılması Çin, Hindistan, Böyük Britaniya və digər Avropa ölkələrinin mətbuatında geniş şəkildə tirajlandı və bu layihənin icrasının nə dərəcə önəmli və vacib olduğu vurğulandı.

Bütün bunlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və sahib olduğu nüfuz, güc hesabınadır. Yeni reallıqlar digər dövlətlər üçün də əsas olacaq və Avropa ölkələri Azərbaycanın artan nüfuzundan istifadə etmək üçün regionda öz mövqelərini möhkəmləriməyə çalışacaqlar, əməkdaşlıqla maraqlı olacaq.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, son 15 ildə Azərbaycanın regiondakı nüfuzu sürətlə artıb.

 

Partiya sədri qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanın regiondakı və dünyadakı gücü daha da güclənir:

 

“Azərbaycan iqtisadi gücünə görə də kifayət qədər cəlbedici ölkədir. Azərbaycan vaxtı ilə uğurlu neft siyasəti ilə bir sıra dünya əhəmiyyətli layihə həyata keçirdi. Bundan sonra isə Asiya və Avropaya gedən neft-qaz və digər nəqliyyat infrastrukturlarında iştirak etdi. Sözsüz ki, müharibədən sonra Azərbaycan daha da cəlbedici ölkəyə çevrildi, çünki artıq Qarabağ problemi yoxdur. Buna görə də ABŞ və Rusiya bölgədə öz mövqeylərini gücləndirməyə çalışır. Azərbaycan üçün daha əlverişi olacaq ki, Avropa ölkələri də regiona maraq göstərəcək. Bizim Ermənistan kimi mənfur qonşularımız var ki, onlar hələ də öz iddialarından əl çəkməyiblər. İstisna deyil ki, ermənilər gələcəkdə yenə də torpaq iddiasına düşsünlər. Amma Azərbaycanın iqtisadi baxımdan Qafqazın ən cəlbedici ölkəsi olması, Avropa ölkələrinin, ABŞ-ın, Rusiyanın, Çinin bölgədə olması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər. Təbii ki, Azərbaycan ordusu hər zaman Ermənistana lazımı cavabı verməyə hazırdır”.

 

Partiya sədri əlavə edib ki, Azərbaycanın dünya üçün belə cəlbedici ölkəyə çevrilməsi isə ümumilikdə region ölkələrinin inkişafına səbəb olacaq:

“Əgər Ermənistan düzgün siyasət aparsa, təbii ki, bu layihələrdə iştirak edəcək. 10 noyabr üçlü bəyanatına görə, artıq Zəngəzur dəhlizinin açılması prosesi gedir. Əgər Ermənistan bəyanata sadiq qalarsa, bu layihədən xeyir götürəcək. Azərbaycanın regionda aparıcı olması göz qabağındadır və inanıram ki, bundan sonra daha da güclənəcək”. /Cebhe.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr