"Hanı bəs sülhməramlı qüvvələr?!"

19:04 04-06-2021 | icon 1056 | Siyasət
"Hanı bəs sülhməramlı qüvvələr?!"

Hafiz Hacıyev: "Şirin vədlərlə bizi yuxuya verməyə ehtiyac görmürəm"

 

“Bu gün  44 günlük Vətən savaşından sonra hələ də itkilər veririk. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də baş verənləri ürək ağrısıyla müşahidə edirik. Mən əvvəl də bunu demişdim və indi bir daha təkrarlayıram, biz hələ müharibəni qurtarmamışıq, müharibə bundan sonra olacaq”.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
H.Hacıyev Qarabağda baş verən hadisələrdə Rusiya faktorunun olduğunu bildirib:
 
“Son günlər Şuşa ətrafında gedən atışmalar, Kəlbəcərdə bizim əsgərlərimizə edilən hücumlar, bu gün daha iki jurnalistimizin həlak olması Azərbaycan xalqına qarşı erməni və rusların açıq müharibəsidir. Bunu gizlətməyin nə mənası var ki. Burda Rusiya böyük oyun oynayır, erməniləri ordan qızışdırıb üstümüzə salırlar. Bəs görən biz niyə dillənmirik? Nəyə görə susuruq? Hanı bəs sülhməramlı qüvvələr? Biz axı əvvəldən deyirdik ki, bunlar sülhməramlı qüvvələr yox, işğalçı ordudur. Biz niyə sərbəst şəkildə Kəlbəcərdə və digər yerlərimizdə quruculuq işləri görə bilmirik? Çünki Rusiya imkan vermir və burda böyük oyunlar oynayır. Bu dərəcədə vicanslızlıq, namussuzluq olmaz axı".
 
 
Partiya sədri qeyd edib ki, indi çox ağır bir vəziyyətdir və buna dözmək olmur:
 
"Bu gün partiyamızın idarə heyəti toplanacaq ki, xüsusi bəyanatlar verək, müraciətlər edək. Biz bu gün hələ işğaldan azad etdiyimiz torpaqlarımıza qayıda bilmirik. Ona görə də təcili olaraq xalq toplanıb öz torpaqlarını işğalçılardan azad etməlidir. Bu gün yenə Nəcməddin Sadıqovun bu işdə barmağının olması bir daha onu sübut edir ki, Azərbaycanda Ali Baş Komandanın 44 günlük müharibədə qazandığı qələbəsini kölgə altına salmaqdan ötrü bütün qüvvələr hərəkətə keçiblər. Bizim təyin edilmiş parlament toplanaraq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılmasıyla bağlı qərar qəbul etməli və türk ordusu ölkəyə gəlməlidir. Biz heç nəyə arxayın ola bilmərik və şirin vədlərlə bizi yuxuya verməyə ehtiyac görmürəm”. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr